Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı növbəti səyyar qəbulunu rayonun Varvara kəndində keçirmişdir
19 dekabr 2024 | 16:29
Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı növbəti səyyar qəbulunu rayonun Varvara kəndində keçirmişdir
Şəhər İcra Hakimiyyəti Başçısı Anar Tağıyev təsdiq olunmuş qrafikə uyğun olaraq növbəti səyyar vətəndaş qəbulunu rayonun Varvara kəndində keçirmişdir.
Səyyar qəbulda Şəhər İcra Hakimiyyəti Başçısı aparatının məsul şəxsləri,rayonun hüquq-mühafizə orqanlarının, idarə, müssisə və xidmət sahələrinin rəhbərləri, kənd sakinləri iştirak etmişlər.
Şəhər rəhbəri kənd əhalisini salamlayaraq keçirilən səyyar qəbulların ölkə rəhbərinin tapşırıq və tövsiyələri əsasında respublikamızda aparılan sosial-iqtisadi islahatlar, əhalinin rifah halının yüksəlməsi istiqamətində görülən işlərin tərkib hissəsi olduğunu bildirmiş, dövlət və vətəndaş münasibətlərinin yüksələn xətlə inkişaf etdiyini, məhz bu uğurlu siyasətin ölkəmizin bütün istiqamətlər üzrə mühüm nailiyyətlər əldə etməsinə şərait yaratdığını vurğulamışdır.
Qəbulda səsləndirilən müraciətlərlə bağlı aidiyyəti xidmət sahələrinin rəhbərlərinə və məsul şəxslərə müvafiq tapşırıqlar verilmiş və onların həlli nəzarətə götürülmüşdür.
Kənd sakinləri ölkəmizdə həyata keçirilən islahatlara, əhalinin sosial rifah halının yüksəldilməsinə göstərilən diqqət və qayğıya görə möhtərəm Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevə və Birinci vitse-prezidentimiz hörmətli Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirmişlər.