Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı növbəti səyyar qəbulunu rayonun Quşçu kəndində keçirmişdir
05 avqust 2025 | 20:09
Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı növbəti səyyar qəbulunu rayonun Quşçu kəndində keçirmişdir
Quşçu kəndində keçirilən səyyar qəbulda Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev, rayonun hüquq-mühafizə orqanlarının, idarə müəssisə, xidməti təşkilatların rəhbərləri, məsul şəxsləri və kənd sakinləri iştirak etmişlər.
Qəbulun gedişində sakinlərin sakinlərin arzu və təklifləri həssaslıqla dinlənildi, qaldırdıqları məsələlər məsul şəxslərin iştirakı ilə yerində araşdırılaraq həlli ilə bağlı müvafiq tədbirlər müəyyənləşdirildi.Səsələndirilən məsələlərin bəziləri yerində həll olundu, digər müraciətlərlə bağlı isə qanunamüvafiq izahatlar verildi.
Qəbuldan razılıqlarını bildirən sakinlər problemlərinin həllində köməklik göstərilməsinə, onlara göstərilən diqqət və qayğıya,əvvəlki səyyar qəbullarda qaldırılan bəzi məsələlərin həlli ilə bağlı görülən işlərə görə Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci vitse-prezidentimiz hörmətli Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirdilər.






