Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı növbəti səyyar qəbulu Salahlı kəndində keçirib
28 sentyabr 2026 | 14:12
Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı növbəti səyyar qəbulu Salahlı kəndində keçirib
Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı Anar Tağıyev növbəti səyyar qəbulu rayonun Salahlı kənd sakinləri ilə keçirib. Səyyar qəbulda Yevlax Şəhər İcra Hakimiyyəti Başçısının müavinləri, Aparatın məsul şəxsləri, rayonun hüquq-mühafizə orqanlarının, xidməti təşkilatların rəhbərləri və Salahlı kəndinin sakinləri iştirak edib. Görüş zamanı vətəndaşların müraciətləri, onları narahat edən məsələlər problemləri dinlənilib.
Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı vətəndaşların müraciətlərini diqqətlə dinləyərək qaldırılan məsələlərin aidiyyəti qurumların iştirakı ilə araşdırılması və qanunvericiliyə uyğun həlli ilə bağlı müvafiq tapşırıqlar verib.






