Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı növbəti növbəti dəfə vətəndaşların fərdi qəbulunu keçirib
Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı növbəti növbəti dəfə vətəndaşların fərdi qəbulunu keçirib
Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev tərəfindən qəbula yazılan vətəndaşların müraciətləri həssaslıqla dinlənilmiş və onların qaldırdıqları məsələlərlə bağlı qanunvericiliyin tələbləri izah olunmuşdur. Qəbul zamanı qaldırılan, İcra Hakimiyyətinin səlahiyyətləri daxilində olan məsələlər yerində həll edilmiş, İcra Hakimiyyətinin səlahiyyətlərinə aid olmayan mövzularla bağlı müraciətlərlə əlaqədar aidiyyəti qurumların yerli nümayəndələrinə müvafiq tapşırıqlar verilmişdir.
Sakinlər müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını ifadə edərək, göstərilən bu diqqət və qayğıya görə Ölkə rəhbərliyinə öz minnətdarlıqlarını bildirmişlər.