Şriftin ölçüsü :

Saytın rəngi :

Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Nərimanabad kəndində səyyar vətəndaş qəbulu keçirib

24 iyun 2026 | 12:36
Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Nərimanabad kəndində səyyar vətəndaş qəbulu keçirib
Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev növbəti səyyar vətəndaş qəbulunu rayonun Nərimanabad kəndində keçirib. Qəbulda Şəhər İcra Hakimiyyətinin Anar Tağıyev, aparatın məsul əməkdaşları, xidməti təşkilatların rəhbərləri və kənd sakinləri iştirak ediblər.
Görüş zamanı sakinlərin müraciət və təklifləri dinlənilib, onları narahat edən sosial, kommunal və digər məsələlər ətrafında müzakirələr aparılıb. Vətəndaşlar tərəfindən qaldırılan məsələlərin bir qismi yerində həllini tapıb, araşdırılması tələb olunan müraciətlər isə aidiyyəti qurumların rəhbərlərinə tapşırılaraq nəzarətə götürülüb
Keçidlər