Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Məhərrəmlik ayının başlaması münasibətilə bir qrup din xadimi ilə görüşüb
22 iyun 2026 | 18:14
Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Məhərrəmlik ayının başlaması münasibətilə bir qrup din xadimi ilə görüşüb
Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev Məhərrəmlik ayının başlanması münasibətilə Yevlax Şəhər “Cümə” məscidində olub, məsciddə fəaliyyət göstərən bir ürup din xadimi ilə görüşüb.
Şəhər rəhbəri məsciddə ibadət edən din xadimləri və vətəndaşlar üçün yaradılmış şəraitlə yaxından tanış olub, dini ibadət ocaqlarının fəaliyyətinə göstərilən dövlət qayğısının əhəmiyyətini vurğulayıb. Bildirilib ki, ölkəmizdə dini etiqad azadlığının təmin olunması, dini-mədəni irsin qorunması və müqəddəs məkanların inkişafı daim diqqət mərkəzində saxlanılır.
Görüş zamanı Məhərrəmlik ayının mənəvi əhəmiyyəti, dini-mənəvi dəyərlərin qorunması və cəmiyyətimizdə milli-mənəvi həmrəyliyin möhkəmləndirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Din xadimləri onlara göstərilən diqqət və qayğıya görə Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevə və Birinci vitse-prezidentimiz hörmətli Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını ifadə ediblər.






