Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Gülövşə kəndində Şəhid ailələri ilə görüşüb
17 may 2024 | 15:28
Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Gülövşə kəndində Şəhid ailələri ilə görüşüb
Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev Gülövşə kəndində Şəhid ailələri ilə görüşüb. Görüşdə rayonun hüquq mühafizə orqanlarının rəhbərləri və şəhid ailələrinin üzvləri iştirak ediblər.
Əvvəlcə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçən vətən övladlarının Gülövşə kəndindən olan şəhidlərin xatirəsinə inşa edilən abidə kompleksinin önünə gül dəstələri qoyulub və Azərbaycanın müstəqilliyi,ərazi bütövlüyü uğrunda şəhid olanların xatirələrinə ehtiram ifadə edilib.
Görüşdə şəhidlərin şərəfli ömür və döyüş yollarından bəhs edilib, Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində ordumuzun qazandığı qələbədən, tarixi torpaqlarımızın işğaldan azad olunması uğrunda gedən döyüşlərdə Azərbaycan oğullarının göstərdiyi qəhrəmanlıq və şücaət nümunələrindən danışıblar.Həmçinin vurğulanıb ki, Şanlı Zəfər tarixini yazan Vətən oğulları bütün Azərbaycan xalqının hər zaman qəlbində yaşayacaq.
Şəhid ailələrinin üzvləri onlara göstərilən diqqət və qayğıya görə Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevə və Birinci vitse-prezidentimiz hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.