Şriftin ölçüsü :

Saytın rəngi :

Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı gənc arıçı ilə görüşüb

10 iyun 2026 | 17:30
Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı gənc arıçı ilə görüşüb
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Gənc arıçı” layihəsi Yevlax rayonunda uğurla yekunlaşıb. Layihə çərçivəsində Yevlax rayonundan müraciət edən 20 gənc ailə seçilərək cari il ərzində xüsusi təlim proqramına cəlb olunub. Təlimlər zamanı iştirakçılara təcrübəli arıçılar tərəfindən həm nəzəri biliklər, həm də praktik bacarıqlar aşılanıb. Təlim proqramını başa vuran iştirakçılara arıçılıq təsərrüfatı qurmaq üçün arı ailələri, pətəklər, arıçı geyimləri, balsüzən aparat və digər zəruri avadanlıqlar təqdim olunub. Bununla da gənc ailələrin müstəqil təsərrüfat fəaliyyətinə başlaması üçün lazımi şərait yaradılıb.
Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev Aşağı Qarxun kəndində həmin gənc arıçılardan olan Süleymanlı Süleyman Rafiq oğlu ilə görüş keçirib. Görüş zamanı gənc arıçı Süleyman Süleymanlı arıçılıq təsərrüfatı qurmaq üçün lazım olan vasitələrlə təmin olunduğu görə Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevaya minnətdarlığını bildirib. Təsərrüfatındakı arı ailələrinin sayı, bal istehsalı və gələcək planları barədə ətraflı məlumat verib.
Keçidlər