Şriftin ölçüsü :

Saytın rəngi :

Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı daha bir şəhidimizin ailəsinə baş çəkib

03 may 2022 | 12:58
 
Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev rayonun Gülövşə kəndində Vətən müharibəsinin Yevlaxdan olan şəhidi İsmayılzadə Əsgər Bəxtiyar oğlunun ailəsini ziyarət edib,igid Vətən oğluna Allahdan rəhmət diləyib, əziz xatirəsini ehtiramla yad edib, səmimi ürək sözlərini çatdırıb. Görüşdə Şəhər rəhbəri ailəni narahat edən məsələlərlə, qayğılarla maraqlanıb. Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyev və Birinci Vitse Prezident Mehriban Əliyevanın şəhidlərimizə, şəhid ailələrinə, qazilərimizə göstərdikləri qayğının hər kəsə örnək olduğunu bildirən icra başçısı həmin qayğının Yevlaxda da hər zaman nümunə götürüldüyünü söyləyib. Şəhid ailələrinə göstərilən qayğının bundan sonra da olduğu kimi davam etdiriləcəyini qeyd edib.
Şəhidin atası Bəxtiyar İsmayılov oğlu ilə fəxr etdiyini bildirib. O, Vətən uğrunda canından keçən bütün şəhidlərimizə Allahdan rəhmət diləyib. Şəhid ailəsi kimi onlara göstərilən diqqət və qayğıya görə razılığını bildirərək ölkə Prezidenti İlham Əliyevə, Birinci Vitse Prezident Mehriban Əliyevaya minnətdarlıq edib. Övladının şəhid olduğu gündən daim yad olunmasını Əsgərin timsalında bütün şəhidlərimizə olan hörmət və ehtiramın bariz nümunəsi kimi qiymətləndirib.
Qeyd edək ki, Şəhid İsmayılzadə Əsgər Bəxtiyar oğlu 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Füzuli istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Yevlax rayon Gülövşə kənd qəbiristanlığında dəfn edilib. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidentinin 15 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Vətən uğrunda”, Füzulinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Respublikasının Prezidentinin 25 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Füzulinin azad olunmasına görə”, Döyüş əməliyyatlarında şəxsi igidlik və cəsurluq nümayiş etdirdiyinə Azərbaycan Respublikasının Prezidentinin 18 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Cəsur döyüşçü”, Azərbaycan Respublikasının Prezidentinin 24 iyun 2021-ci il tarixli Sərəncamı ilə “Kəlbəcərin azad olunmasına görə” medalları ilə, Azərbaycan Respublikasının Prezidentinin 05 noyabr 2021-ci il tarixli Sərəncamı ilə 3-cü dərəcəli “Rəşadət” ordeni ilə təltif olunmuşdur.
Keçidlər