Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev Yaldili kəndində növbəti səyyar qəbul keçirib
16 oktyabr 2026 | 14:11
Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev Yaldili kəndində növbəti səyyar qəbul keçirib
Səyyar qəbulda Yevlax Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının məsul şəxsləri, rayonun hüquq-mühafizə orqanlarının və xidmət təşkilatlarının rəhbərləri, eləcə də Yaldili kəndinin sakinləri iştirak ediblər.
Səyyar qəbulda kənd sakinlərinin müraciətləri dinlənilib, onları narahat edən məsələlər müzakirə olunub. Vətəndaşlar müxtəlif mövzulu müraciətlərini Şəhər İcra Hakimiyyətinin diqqətinə çatdıraraq, onların həlli ilə bağlı müraciətlərini səsləndiriblər.
İcra başçısı sakinlər tərəfindən qaldırılan məsələlərə diqqətlə yanaşıb, müraciətlərin qanunvericiliyin tələblərinə uyğun şəkildə araşdırılması və həlli istiqamətində müvafiq tədbirlərin görülməsi ilə bağlı aidiyyəti şəxslərə tapşırıqlar verib.






