Yevlax şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev Vətən müharibəsində Şəhidlik zirvəsinə yüksələn Yevlax rayonunun Aşağı Bucaq kənd sakini Kərimov Cavid Mərdan oğlunun yaşadığı evdə ailəsini ziyarət edib.
Yevlax şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev Vətən müharibəsində Şəhidlik zirvəsinə yüksələn Yevlax rayonunun Aşağı Bucaq kənd sakini Kərimov Cavid Mərdan oğlunun yaşadığı evdə ailəsini ziyarət edib.
Şəhidin ailə üzvləri ilə görüşdə Şəhər rəhbəri Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz tərəfindən torpaqlarımızın düşmən işğalından azad edilməsindən bəhs edib, Şanlı Qələbəmizdən söhbət açıb. Bildirib ki, Qələbəni öz qanları ilə yazan, vətənimizin ərazi bütövlüyü uğrunda canlarını fəda edən bütün qəhrəmanlarımız xalqın sevimlisinə çevrilib və onlar heç bir zaman unudulmayacaqlar.
Görüş zamanı Şəhər İcra Hakimiyyətinin Başçısı ailənin qayğıları və problemləri ilə maraqlanıb. Şəhid ailələrinə göstərilən diqqət və qayğının bundan sonra da daimi olaraq davam etdiriləcəyini qeyd edib. Görüşdə qaldırılan məsələlərin həlli istiqamətində müvafiq tapşırıqlar verilib.
Şəhid Cavid Kərimov 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Suqovuşan və Murov dağ istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Yevlax Şəhidlər xiyabanında dəfn edilib. Vətən müharibəsində göstərdiyi igidliyə görə ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin Sərəncamları ilə “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif olunub.
Şəhidin ailə üzvləri şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.