Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev Vətən Müharibəsi zamanı şəhid olmuş Sadiq Səmədovun ailə üzvlərini ziyarət etmişdir
03 iyun 2023 | 12:31
Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev Vətən Müharibəsi zamanı şəhid olmuş Sadiq Səmədovun ailə üzvlərini ziyarət etmişdir
Şəhər rəhbəri görüş zamanı Görüş zamanı 44 günlük Vətən müharibəsi zamanı ordumuzun əldə etdiyi tarixi Zəfərdən, şəhidlərimizin öz canları bahasına, qazilərimin öz sağlamlıqlarını itirərək və digər bütün müharibə iştirakçılarının göstərdiyi şücaət və qəhrəmanlıqlardan danışıb, xalqımızın isə müharibə zamanı cənab Prezidentimizin ətrafında “Dəmir yumruq” kimi sıx birləşərək tarixdə nümunəsinə az rast gəlinən bir həmrəylik göstərdiyini xüsusi olaraq vurğulayıb. Sadiq Səmədovun qəhrəmanlıqlarla dolu döyüş yoluna nəzər salınıb.
Daha sonra bildirmişdir ki, Azərbaycanın ərazi bütövlüyü uğrunda öz canından keçmiş şəhidlərin ailələrinə, o cümlədən müharibə əlillərinə dövlət tərəfindən böyük diqqət və qayğı göstərildiyini, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin prioritet istiqamətlərindən biri də məhz şəhid ailələrinin, müharibə veteranlarının, əlillərinin sosial müdafiəsinin gücləndirilməsi, onların problemlərinin vaxtında həllinə nail olunmasıdır.
Həmçinin Şəhər rəhbəri şəhid ailələrini narahat edən məsələləri dinləmiş və qaldırılan məsələlərin həlli üçün aidiyyəti qurumlara müvafiq tapşırıqlar vermişdir.
Şəhidin atası İbrahim Səmədov və anası Səfalə Səmədova Şəhid ailələrinə hər zaman diqqət, qayğı göstərdikləri üçün Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci Vitse-Prezident hörmətli Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirdi.
Şəhid Sadiq Səmədov Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin müvafiq Sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda” , “Suqovuşanın azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif edilmişdir.