Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev Vətən Müharibəsi Şəhidi Nicat Quliyevin ailə üzvləri ilə görüşmüşdür
02 iyun 2023 | 13:53
Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev Vətən Müharibəsi Şəhidi Nicat Quliyevin ailə üzvləri ilə görüşmüşdür
Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev Vətən Müharibəsində Şəhidlik zirvəsinə ucalmış, Quliyev Nicat Nuşrəvan oğlunun ailəsini ziyarət etmişdir.
Şəhər rəhbəri görüş zamanı şəhid ailələrinə göstərilən dövlət qayğısından bəhs etmiş, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilən siyasətdə şəhid ailələrinə göstərilən dövlət qayğısının xüsusi yer tutduğunu vurğulamışdır.
Şəhidin atası Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci Vitse-Prezident hörmətli Mehriban xanım Əliyevaya onlara hər zaman diqqət, qayğı göstərdikləri üçün öz minnətdarlıqlarını bildirdi.
Nicat Quliyev Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin müvafiq Sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda” , “Suqovuşanın azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif edilmişdir.