Şriftin ölçüsü :

Saytın rəngi :

Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev və Azərbaycan Respublikası Milli Məclisi Sədrinin birinci müavini Əli Hüseynli rayonun Quşçu kəndində Şəhid Rahib Cəbrayılovun ailəsini ziyarət etmişlər

21 iyul 2024 | 14:30
Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev və Azərbaycan Respublikası Milli Məclisi Sədrinin birinci müavini Əli Hüseynli rayonun Quşçu kəndində Şəhid Rahib Cəbrayılovun ailəsini ziyarət etmişlər
Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev və Azərbaycan Respublikası Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli rayonun Quşçu kəndində 44 günlük Vətən müharibəsi zamanı Şəhidlik zirvəsinə ucalmış Rahib Cəbrayılovun atası Ramil Cəbrayılovu ziyarət etmişlər. Şəhidin atası ilə söhbət zamanı ailənin problem və qayğıları dinlənilmişdir.
Ziyarət çərçivəsində Şəhidin ailəsi üçün inşa edilən evdə aparılan tikinti işlərinin gedişi ilə yerində tanış olunmuş, müvafiq tövsiyyələr verilmişdir.
Şəhid Cəbrayılov Rahib Ramil oğlu 2020-ci il sentyabrın 27-də başlanan 44 günlük Vətən müharibəsində əsgər kimi iştirak etmiş, Xocavənd istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş, yaşadığı Yevlax rayonunun Quşçu kənd qəbristanlığında dəfn edilmişdir.
Azərbaycan Respublikasının Prezidentinin müvafiq Sərəncamları ilə “Vətən uğrunda”, "Cəsur döyüşçü", "Xocavəndin azad olunmasına görə" medalları və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunmuşdur.
Şəhidin atası ailəsi adından onlara göstərilən diqqət və qayğıya görə Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevə və Birinci vitse-prezidentimiz hörmətli Mehriban xanım Əliyevaya öz minnətdarlığını bildirmişdir.
Keçidlər