Şriftin ölçüsü :

Saytın rəngi :

Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev S.Vurğun adına Şəhər 5 nömrəli tam orta ümumtəhsil məktəbdə həyata keçirilən tikinti işləri ilə yerində tanış olub.

16 fevral 2026 | 17:31
Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev S.Vurğun adına Şəhər 5 nömrəli tam orta ümumtəhsil məktəbdə həyata keçirilən tikinti işləri ilə yerində tanış olub.
Şəhər İcra Hakimiyyətinin Başçısına məlumat verildi ki, 1936-cı ildə inşa edilən məktəb binası ilk olaraq xəstəxana kimi fəaliyyət göstərmiş, sonralar isə məktəbə çevrilmişdir. Uzun illər təmir olunmadığından yararsız vəziyyətə düşmüş, bu vəziyyətin məktəbdə tədris prosesinin normal aparılmasına imkan vermədiyindən 2024-cü ildə başlayaraq Elm və Təhsil Nazirliyi tərəfindən məktəbin köhnə binası sökülərək yerində 4 mərtəbəli, 582 yerlik yeni, müasir tələblərə cavab verən məktəb binasının tikintisinə başlanılmışdır. Ötən müdət ərzində layihə üzrə nəzərdə tutulmuş işlərin böyük hissəsi yerinə yetirilmişdir. Hazırda işlər yekunlaşmaq üzrədir.
Məktəbdə müasir laboratoriyaların, kitabxananın, yeməkxananın, ən son avadanlıqla təchiz edilmiş kompyuter otaqlarının, emalatxananın, idman zalının fəaliyyət göstərməsi nəzərdə tutulmuşdur.
Şəhər rəhbəri məktəbdə aparılan işlərin vaxtında baş çatdırılması və məktəbin ərazisində abadlıq işlərinin aparılması ilə bağlı tapşırıq və tövsiyələrini vermişdir.
Keçidlər