Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev Şəhid Elnur Şirinzadənin ailə üzvləri ilə görüşüb
10 iyun 2023 | 11:14
Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev Şəhid Elnur Şirinzadənin ailə üzvləri ilə görüşüb
Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev mütəmadi olaraq şəhid ailələri ilə görüşür, onların qayğıları ilə maraqlanır, problemlərinin operativ həll olunması üçün aidiyyəti üzrə müvafiq qurumlara tapşırıq verir.
İcra Başçısı növbəti ziyarət zamanı 44 günlük Vətən Müharibəsində Şəhidlik zirvəsinə yüksəlmiş Şirinzadə Elnur Xalıqverdi oğlunun ailəsinə baş çəkərək, onun valideynləri ilə görüşüb, şəhid ailəsinin durumu ilə maraqlanıb. Görüş zamanı Şəhər rəhbəri Elnur Şirinzadə kimi vətənpərvər oğul böyütdükləri üçün valideyinlərinə minnətdarlığını bildirib, şəhidlərin hər zaman qəlbimizdə yaşayacağını qeyd edib.
Elnur Şirinzadə Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə”, “Cəsur döyüşçü” medalları ilə təltif olunmuşdur.
Şəhər İcra Hakimiyyətinin Başçısı Şəhidin ailə üzvlərinin nəzərinə çatdırıb ki, Dövlətimiz tərəfindən şəhid və qazi ailələrinə göstərilən qayğı, Respublika Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin, Birinci Vitse-Prezident hörmətli Mehriban xanım Əliyevanın hər bir şəhid ailəsinə, qazilərə göstərdiyi diqqət, onların problemlərinə həssaslıqla yanaşmaları bizə bir nümunədir.
Şəhid valideyinləri onlara göstərilən diqqət və qayğıya görə Ölkə rəhbəri cənab İlham Əliyevə və Birinci Vitse-Prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlığını bildirib.