Şriftin ölçüsü :

Saytın rəngi :

Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev Şəhid anasını evində ziyarət etmişdir

12 yanvar 2024 | 17:32
Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev 44 günlük Vətən müharibəsi zamanı şəhidlik zirvəsinə ucalmış mayor Rəşad Budaqovun anası Sədaqət Budaqovanı evində ziyarət etmişdir.
Şəhər rəhbəri bir müddət əvvəl əməliyyat olunan şəhid anası Sədaqət Budaqovanın səhhəti ilə maraqlanmış, ailənin qayğı və problemlərini dinləmişdir.
Şəhid anası ona göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya öz minnətdarlığını bildirmişdir.
Qeyd edək ki, Vətən müharibəsi zamanı Suqovuşan istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksələn mayor Rəşad Budaqov ölümündən sonra Azərbaycan Respublikasının Prezidentinin müvafiq Sərəncamları ilə “Vətən uğrunda”, "Suqovuşanın azad olunmasına görə" medalları və 3-cü dərəcəli"Rəşadət" ordeni ilə təltif edilmişdir.
Keçidlər