Şriftin ölçüsü :

Saytın rəngi :

Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev növbəti vətəndaş qəbulu keçirib

03 oktyabr 2023 | 13:50
Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev növbəti vətəndaş qəbulu keçirib
Şəhər İcra Hakimiyyətinin inzibati binasında keçirilən qəbula gələn vətəndaşlar əsasən işlə təmin olunma, maddi yardım, sosial yardım, sahibkarlıq və həyətyanı sahə üçün torpaq sahəsinin ayrılması, bələdiyyədən icarəsinə torpaq sahəsinin ayrılması və digər məsələlərlə bağlı müraciət ediblər. Onların müraciətləri Şəhər rəhbəri tərəfindən dinlənilib, icra hakimiyyətinin səlahiyyətlərinə aid müraciətlər qanun çərçivəsində həll olunub, digər müraciətlərlə bağlı isə vətəndaşlara müvafiq izahatlar verilib.
Qəbulda vətəndaşlar ölkəmizdə həyata keçirilən islahatlara, əhalinin sosial rifah halının yüksəldilməsinə göstərilən diqqət və qayğıya görə möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.
Keçidlər