Şriftin ölçüsü :

Saytın rəngi :

Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev növbəti səyyar qəbulunu rayonun Aşağı Qarxun kənd sakinləri ilə keçirdi

19 mart 2024 | 18:34
Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev növbəti səyyar qəbulunu rayonun Aşağı Qarxun kənd sakinləri ilə keçirdi
Qəbulda Şəhər İcra Hakimiyyətinin Başçısı ilə yanaşı, ŞİH-nin məsul əməkdaşları,rayonun hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatlarının rəhbərləri və kənd sakinləri iştirak ediblər.
Səyyar qəbulda 80-ə yaxın kənd sakini iştirak etmişdir. Sakinlərdən müraciətlərini fərdi qaydada dinləyən Şəhər rəhbəri qaldırılan məsələlərin həlli ilə bağlı aidiyyəti təşkilatların rəhbərlərinə müvafiq tapşırıqlarını vermiş, bəzi müraciətlər yerindəcə həll edilmişdir.
Aşağı Qarxun kənd sakinləri əhalinin problemlərinin həll edilməsi məqsədilə yerlərdə həyata keçirilən tədbirlərə, göstərilən yüksək diqqət və qayğıya görə Ölkə rəhbəri, Müzəffər Ali Komandan cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.
Keçidlər