Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev İcra Hakimiyyətinin inzibati binasında növbəti vətəndaş qəbulu keçirmişdir.
26 noyabr 2025 | 12:52
Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev İcra Hakimiyyətinin inzibati binasında növbəti vətəndaş qəbulu keçirmişdir.
İcra Hakimiyyətinin Başçısı qəbul zamanı rayon sakinlərinin müxtəlif məzmunlu müraciətlərini dinləyərək, səsləndirilən məsələlərin qanunamüvafiq qaydada həlli istiqamətində aidiyyəti qurumlara müvafiq göstərişlər, tövsiyələr vermişdir. Eyni zamanda bir sıra məsələlər yerindəcə həll edilmiş, icrası araşdırma tələb edən müraciətlər isə nəzarətə götürülmüşdür.






