Şriftin ölçüsü :

Saytın rəngi :

Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı 44 Vətən Müharibəsində Şəhidlik zirvəsinə ucalmış Yusifbəyli Yusif Sabir oğlunun ailəsini ziyarət etmişdir

09 iyun 2023 | 12:18
Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı 44 Vətən Müharibəsində Şəhidlik zirvəsinə ucalmış Yusifbəyli Yusif Sabir oğlunun ailəsini ziyarət etmişdir
Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev 44 günlük Vətən müharibəsində qəhrəmanlıq dastanı yazan oğullarımızdan biri, Şəhid Gizir Yusifbəyli Yusif Sabir oğlunun ailəsini ziyarət etmişdir.
Səmimi şəraitdə keçən görüşdə vurğulandı ki, Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində qazanılan Şanlı Qələbə Xalqımızın tarixinə qızıl hərflərlə həkk olundu. 30 illik yurd həsrətimiz, Qarabağ nisgilimiz sona yetdi, məcburi köçkünlərimiz qəribçilikdən qurtularaq doğma el-obalarına qovuşdular. Bu möhtəşəm qələbəni, hədsiz sevinci, böyük xoşbəxtliyi Ali Baş Komandanın qətiyyəti, siyasi iradəsi, müzəffər Ordumuzun şücaəti, qəhrəmanlığı, qorxmaz, cəsur əsgərlərimizin canı, müqəddəs, ölməz şəhidlərimizin qanı, xalqımızın birliyi hesabına qazandıq. "Dəmir yumruq” əməliyyatı adı ilə Azərbaycanın yeni tarixinə yazılan 44 günlük Vətən savaşı ərzində əsgərlərimizin hər biri öz şücaəti ilə qəhrəmanlıq dastanı yazdı. Canlarını Vətənə sipər edərək, qanlarını qurban verərək bayrağımızı zirvələrdə dalğalandırmaq naminə bizi zəfərlə müjdələdilər.
Şəhid Yusif Yusifbəyli döyüşlərdə göstərdiyi şücaətə görə ölümündən sonra Ölkə Prezidenti Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin müvafiq Sərəncamları ilə “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə” medalları və 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.
Şəhidin atası Sabir Abbasov və anası Mehriban Abbasova onlara göstərilən diqqət və qayğıya görə Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci Vitse-Prezident hörmətli Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirdilər.
Keçidlər