Şriftin ölçüsü :

Saytın rəngi :

Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı 44 günlük Vətən müharibəsi zamanı şəhidlik zirvəsinə ucalmış Emin Kazımovun ailəsini ziyarət etmişdir

25 may 2024 | 14:21
Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı 44 günlük Vətən müharibəsi zamanı şəhidlik zirvəsinə ucalmış Emin Kazımovun ailəsini ziyarət etmişdir
Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev Yevlax Şəhər sakini 44 günlük Vətən müharibəsi şəhidi “Vətən uğrunda” ,"Laçının azad olunmasına görə", “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunmuş Kazımov Emin Fərman oğlunun ailəsini yaşadıqları evdə ziyarət etmiş, şəhidin atası Fərman Kazımovla görüşüb, ailənin qayğıları ilə maraqlanmışdır
Ziyarət zamanı şəhid Emin Kazımovun şərəfli döyüş yoluna nəzər salınmış, qeyd edilmişdir ki, Eminin simasında şəhidlərimizin fədakarlığı xalqımızın qəlbində daim yaşayacaq, gələcək nəsillər üçün qəhrəmanlıq məktəbi olacaqdır. Şəhid adını uca tutmaq isə hamımızın vətəndaşlıq borcudur.
Görüşün sonunda Şəhidin atası Fərman Kazımov özünün simasında bütün şəhid ailələrinə göstərilən diqqət,qayğıya görə Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevə və Birinci vitse-prezidentimiz hörmətli Mehriban xanım Əliyevaya dərin minnətdarlığını bildirmişdir.
Keçidlər