Şriftin ölçüsü :

Saytın rəngi :

Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı 27 Sentyabr-Anım Günü münasibətilə Şəhid ailələrini ziyarət edib

26 sentyabr 2026 | 10:42
Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı 27 Sentyabr-Anım Günü münasibətilə Şəhid ailələrini ziyarət edib
Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev 27 Sentyabr-Anım Günü ilə əlaqədar 44 günlük Vətən müharibəsi şəhidləri, Rəşad Ramiz oğlu Budaqovun və Anar Məhəmməd oğlu Umarovun ailələrini yaşadıqları ünvanlarda ziyarət edib, onların qayğıları ilə maraqlanıb.
Görüşlər zamanı Şəhər İcra Hakimiyyətinin Başçısı şəhid ailələrinə, müharibə əlillərinə və veteranlarına hərtərəfli diqqət və qayğı göstərilməsinin Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyev və Birinci vitse-prezidentimiz hörmətli Mehriban xanım Əliyeva tərəfindən həyata keçirilən dövlət siyasətinin əsas prioriteti olduğunu vurğulayıb. Həmçinin qeyd edib ki, Ölkə Rəhbərliyinin tapşırığına əsasən, bu həssas təbəqədən olan insanların sosial problemlərinin operativ həlli bütün dövlət qurumlarının qarşısında duran ən başlıca vəzifələrdəndir.
Şəhidlərin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər.
Keçidlər