Şriftin ölçüsü :

Saytın rəngi :

Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı 27-Sentyabr Anım günü ərəfəsində Quşçu kəndində şəhid ailələrini ziyarət etdi

23 sentyabr 2023 | 16:18
Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı 27-Sentyabr Anım günü ərəfəsində Quşçu kəndində şəhid ailələrini ziyarət etdi
Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev 27 Sentyabr Anım günü ərəfəsində rayonun Quşçu kəndində 44 günlük Vətən müharibəsi zamanı şəhidlik zirvəsinə ucalmış Cəbrayılov Rahib Ramil oğlunun və Cəfərov Fərid İsmixan oğlunun ailə üzvləri ilə görüşüb.
Görüş zamanı Şəhər rəhbəri ailələrin qayğı və ehtiyacları ilə maraqlandı. Qaldırılan məsələlərin həlli məqsədilə işlərin görülməsi üçün aidiyyəti üzrə tapşırıqlar verdi. Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyeva tərəfindən şəhid ailələrinə, qazilərə dövlət tərəfindən göstərilən diqqət və qayğıdan bəhs edildi, şəhidlərin əziz xatirəsinin qəlblərdə daim yaşayacağı diqqətə çatdırıldı.
Şəhid ailələrinin üzvləri dövlətimizin onlara göstərdiyi diqqət və qayğıdan razı qaldıqlarını bildirmiş, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə etdilər.
Keçidlər