Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı 27 Sentyabr-Anım günü ərəfəsində bir qrup şəhid ailəsi ilə görüşdü
25 sentyabr 2023 | 18:26
Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı 27 Sentyabr-Anım günü ərəfəsində bir qrup şəhid ailəsi ilə görüşdü
Azərbaycan xalqı Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 44 gün davam edən Vətən Müharibəsində Müasir Azərbaycan Respublikasının tarixinə qızıl hərflərlə yazılan tarixi qələbə qazanaraq 30 il həsrətində olduğu doğma Qarabağ torpaqlarına qovuşdu. Vətən torpaqlarının azadlığı uğrunda canlarından keçən Şəhidlər xalqımız və dövlətimizin qürur mənbəyinə çevrildilər. Xalqımız və dövlətimiz qəhrəman övladlarının şücaətini daim yüksək qiymətləndirir, şəhidlərimizin ruhuna ehtiramla yanaşır, xatirəsini uca tutur.
Respublikamızın hər yerində olduğu kimi Yevlax rayonunda da Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin ailələri, müharibə əlilləri dövlətin diqqət və qayğısı ilə əhatə olunur. Bu siyasi xəttə əsasən Şəhər İcra Hakimiyyətinin Başçısı müntəzəm olaraq belə ailələrin problemleri ilə maraqlanır, qaldırdıqları məsələlərin həlli ilə əlaqədar operativ tədbirlər həyata keçirir.
Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev 27 Sentyabr Anım Günü ərəfəsində Vətən müharibəsi şəhidi Kazımov Emin Fərman oğlunun evində bir qrup Şəhid ailəsi ilə görüşərək, onların qayğıları ilə maraqlanıb.
Görüşlərdə şəhidlərimizin qısa, lakin şərəfli ömür yollarından söhbət açan Şəhər rəhbəri tarix yazan oğullarla fəxr etdiklərini bildirib.
İcra Başçısı qeyd edib ki, müharibədən sonrakı dövrdə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətinin əsas istiqamətlərini müharibə əlillərinin, şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, onların problemlərinin vaxtında həllinə nail olunması, hər cür qayğı ilə əhatə olunmasını təşkil edir.
Şəhid ailələrinin üzvləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikası Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya öz minnnətdarlıqlarını bildiriblər.