Şriftin ölçüsü :

Saytın rəngi :

Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı 19-20 sentyabr antiterror əməliyyatlarında yaralanan hərbi qulluqçunu evində ziyarət edib

28 dekabr 2023 | 12:07
Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı 19-20 sentyabr antiterror əməliyyatlarında yaralanan hərbi qulluqçunu evində ziyarət edib
Azərbaycan Respublikasının müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin ailələri və müharibə veteranları dövlətin xüsusi diqqət və qayğısı ilə əhatə olunublar. Şəhidlərimizin və qazilərimizin ailə üzvlərinin sosial müdafiəsinin gücləndirilməsi, gündəlik qayğılarının həlli ilə bağlı mütəmadi tədbirlər həyata keçirilir.
Prezident cənab İlham Əliyevin şəhid ailələrinin sosial müdafiəsi ilə bağlı daxili siyasət kursunun icrası məqsədi ilə Yevlaxda da müvafiq işlər görülür. Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhidlik zirvəsinə ucalan qəhrəman oğullarının ailələri, eləcə də döyüşlər zamanı yaralanan qazilər daim diqqət mərkəzində saxlanılır. Onlar mütəmadi şəkildə ziyarət olunur, görüşlər təşkil edilir, onlarla birlikdə vətənpərvərlik mövzusunda müxtəlif tədbirlər keçirilir.
Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev bu ilin 19-20 sentyabr tarixində həyata keçirilmiş lokal xarakterli antiterror tədbirləri zamanı yaralanan, rayonunun Səmədabad kəndindən olan gizir Qurbanlı Fuad Mənsur oğlunu ziyarət edib. Görüş zamanı Şəhər rəhbəri döyüşçünün sağlamlığı, müalicəsi və eyni zamanda ailənin qayğıları ilə maraqlanıb. Terrorçulara qarşı aparılan hərbi əməliyyatlarda göstərdiyi qəhrəmanlığa və şəxsi şücaətə görə onu təşəkkür edib. Söhbət zamanı F.Qurbanlı öz təəssüratlarını bölüşüb.
Fuad Qurbanlı və ailə üzvləri göstərilən diqqət və qayğıya görə Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlığını ifadə ediblər.
Keçidlər