Şriftin ölçüsü :

Saytın rəngi :

Yevlax şəhər İcra Hakimiyyətində Vətən Müharibəsi iştirakçısı işə başladı

28 oktyabr 2022 | 18:59

Yevlax şəhər İcra Hakimiyyətində Vətən Müharibəsi iştirakçısı işə başladı

 

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin həyata keçirdiyi çoxşaxəli sosial siyasətin mühüm hissəsini şəhid ailələrinin, müharibə əlillərinin, veteranlarının sosial müdafiəsinin təmin edilməsi, onların rifah halının yaxşılaşdırılması və problemlərinin həlli təşkil edir.

Həyata keçirilən siyasətə uyğun olaraq Yevlaxda da müvafiq işlər görülür. Belə ki, Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısının sərəncamı ilə Azərbaycan Respublikası Prezidentinin 7 yanvar 2021-ci il tarixli “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” 6 iyun 2012-ci il tarixli 648 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Fərmanı ilə yaradılmış “Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili” şöbəsininin böyük məsləhətçisi vəzifəsinə Vətən müharibəsi iştirakçısı ehtiyatda olan baş leytenant İsayev Vasif Namət oğlu təyin olunmuşdur.

Keçidlər