Şriftin ölçüsü :

Saytın rəngi :

Yevlax Şəhər İcra Hakimiyyətində qeyri-formal məşğulluğun müəyyənləşdirilməsinin, monitorinq və qiymətləndirilməsi mövzusunda görüş keçirilmişdir

17 may 2025 | 14:02
Yevlax Şəhər İcra Hakimiyyətində qeyri-formal məşğulluğun müəyyənləşdirilməsinin, monitorinq və qiymətləndirilməsi mövzusunda görüş keçirilmişdir
Yevlax Şəhər İcra Hakimiyyəti yanında “Məşğulluğa kömək göstərən Əlaqələndirmə Komitəsi” nin İş Planına uyğun olaraq olaraq qeyri-formal məşğulluğun müəyyənləşdirilməsinin, monitorinq və qiymətləndirilməsi mövzusunda görüş keçirilmişdir.
Görüşdə çıxış edən Yevlax Şəhər İcra Hakimiyyəti Başçısının birinci müavini, Əlaqələndirmə Komitəsinin sədri Xaliq Əliyev “Məşğulluğa kömək göstərən Əlaqələndirmə Komitəsi” nin 2025-ci ilin İş Planına əsasən aidiyyəti qurumlarla birlikdə rayon ərazisindəki sahibkarlıq obyektlərində qeyri-formal məşğulluğun qarşısının alınması,həmçinin işəgötürənlərlə işçilər arasında əmək münasibətlərinin tənzimlənməsi istiqamətində maarifləndirici söhbətlərin aparıldığını və monitorinqlərin keçirildiyini bildirmişdir. Komitə rəhbərliyi tərəfindən “Laçın-2012” MMC-nin kollektivi ilə yerində görüş keçirilmiş, qeyri-formal məşğulluğun qarşısının alınması sahəsində işəgötürənlərin məsuliyyətinin artırılması,çatışmazlıqların aradan qaldırılması,rəsmi əmək münasibətlərinin dəstəklənməsi, stimullaşdırılması, məlumatladırma və maarifləndirmə işlərinin həyata keçirilməsi baradə məlumat verilmişdir. Bu cür görüşlərin və monitorinqlərin keçirilməsində məqsəd qeyri-formal məşğulluğun səviyyəsinin müəyyənləşdirilməsi qeyri-formal məşğulluqla mübarizə tədbirləri barədə maarifləndirmə, yeni iş yerlərinin yaradılması barədə məlumatların əldə olunması, qeyri-formal məşğulluğun səviyyəsinin azaldılması və Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyasının hesabatların və təkliflərin verilməsidir. Görüşdə həmçinin əmək münasibətlərinin leqallaşdırılması sahəsində məşğulluğa kömək göstərən əlaqələndirmə Komitəsinin rolunun əhəmiyyətini vurğulanmışdır.
Komitə sədrinin müavini Allahverdi Quliyev və Komitə üzvləri çıxışlarında Məşğulluğa kömək göstərən əlaqələndirmə Komitəsinin vəzifələri və səmərəli fəaliyyəti barədə məlumat verərək sahibkarlar arasında əmək münasibətlərinin rəsmiləşdirilməsinin vacibliyinə dair maarifləndirmə işləri genişləndirilməsinin əhəmiyyətindən danışmışlar. Çıxışlarda qeyri-formal məşğulluğun azaldılması üçün yeni proqramların tətbiqi,maarifləndirmə,hüququ mexanizmlərin təkmilləşdirilməsi və iş imkanlarının artırlmasının vacibliyinin iclas iştirakçılırının nəzərinə çatdırılmış, sahibkarlara işçiləri əmək müqaviləsi bağlamadan işə cəlb etdiklərinə görə qanunvericilik aktında məsuliyyətin nəzərdə tutulduğu barədə məlumat verildiyi bildirmişdir.
Keçidlər