Yevlax Şəhər İcra Hakimiyyətində növbəti vətəndaş qəbulu keçirilib
01 sentyabr 2026 | 14:36
Yevlax Şəhər İcra Hakimiyyətində növbəti vətəndaş qəbulu keçirilib
Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev Şəhər İcra Hakimiyyətinin inzibati binasında növbəti vətəndaş qəbulunu keçirib.
Qəbul zamanı şəhər sakinləri tərəfindən müxtəlif mövzularda müraciətlər səsləndirilib. Şəhər İcra Hakimiyyətinin Başçısı vətəndaşların müraciətlərini diqqətlə dinləyib, qaldırılan məsələlərin araşdırılması və qanunvericiliyə uyğun şəkildə həlli ilə bağlı aidiyyəti struktur bölmələrin rəhbərlərinə müvafiq tapşırıqlar verib.
Qəbul zamanı bəzi məsələlər yerindəcə həllini tapıb, əlavə araşdırma tələb edən müraciətlərin isə nəzarətə götürülməsi təmin edilib.
Yevlax Şəhər İcra Hakimiyyətində vətəndaşların müraciətlərinə diqqət və qayğı ilə yanaşılması, onların hüquq və qanuni mənafelərinin qorunması istiqamətində tədbirlər bundan sonra da davam etdiriləcək.






