Yevlax Şəhər İcra Hakimiyyətində növbəti müşavirə keçirildi
21 noyabr 2022 | 17:23
Yevlax Şəhər İcra Hakimiyyətində növbəti aparat müşavirəsi keçirildi.
Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyevin rəhbərliyi ilə növbəti aparat müşavirəsi keçirildi. ŞİHB-aparatının məsul əməkdaşlarının, ŞİHB-nın İnzibati ərazi Dairəsi üzrə nümayəndəliklərinin,bələdiyyələrin, aidiyyəti idarə və müəssisə rəhbərlərinin iştirak etdikləri müşavirədə vətəndaşların müraciətlərinə baxılması, Şəhidlərin ailə üzvlərinin və Qazilərin sosial qayğılarının öyrənilməsi, operativ həlli istiqamətində müvafiq tədbirlərin görülməsi, icra nümayəndəliklərində nomenklatura üzrə sənədlərin işlənilməsi vəziyyəti, şöbələr üzrə verilmiş tapşırıqların icra vəziyyəti, rayon ərazisində aparılan tikinti işlərinin mövcud qanunvericiliyin və memarlıq-arxitektura tələblərinə uyğunluğunun təmin edilməsi, qanunsuz tikintilərin qarşısının alınması, aqrar sahədə aparılan mövsümi işlər, aparılan yenidənqurma və bütün yaşayış məntəqələrində, yolkənarı ərazilərdə təmizlik-abadlıq işlərinin aparılması vəziyyəti barədə söhbət aparıldı, mövcud nöqsanların aradan qaldırılması üçün müvafiq tapşırıqlar verildi, tövsiyyələr edildi.