Şriftin ölçüsü :

Saytın rəngi :

Yevlax Şəhər İcra Hakimiyyətində növbəti aparat müşavirəsi keçirilib

30 sentyabr 2022 | 21:17

Yevlax Şəhər İcra Hakimiyyətində növbəti aparat müşavirəsi keçirilib

 

Yevlax Şəhər İcra Hakimiyyətinin akt zalında növbəti aparat müşavirəsi keçirilib. Müşavirədə  kənd, qəsəbə yaşayış sahələrində həyata keçirilən mövsümi işlər, pambığın yığımı, daşınması və saxlanması dövründə yanğın təhlükəsizliyi qaydalarına riayət olunması, şəhərdə aparılan abadlıq quruculuq işləri, vətəndaş müraciətlərinə mövcud qanunvericiliyin tələblərinə uyğun baxılmasının, xüsusən də Şəhid ailələri və qazilərin problem və sosial qayğılarının öyrənilməsi və operativ həlli istiqamətində müvafiq tədbirlərin görülməsi, vətəndaş məmnunluğunun təmin edilməsi, icra nümayəndəliklərində təsərrüfatbaşına kitabların Elektron sistemə işlənilməsinin nəticələri və çatışmazlıqların aradan qaldırılması, icra nümayəndəliklərində nomenklatura üzrə sənədlərin işlənilməsi vəziyyəti, yaşayış məntəqələri ərazisində qanunusuz tikililərin qarşısının alınması, ərazidə həmçinin yol kənarlarında mütəmadi olaraq təmizlik işlərinin aparılması və bir sıra digər məsələlər müzakirə olunub.

Müzakirə olunan məsələlər barədə Şəhər İcra Hakimiyyəti Başçısı aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə

orqanları ilə iş şöbəsinin müdiri Anar Hüseynov, Memarlıq və tikinti şöbəsinin müdiri-Baş memar Xalid Əhmədov, Şəhər İcra Hakimiyyəti Başçısının 1 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi Amil Musayev çıxış ediblər.

Tədbirdə müşavirə iştirakçılarına Rəqəmsal İcra Hakimiyyəti Portalının xidmətlər bölməsində olan “Vətəndaşların ailə vəziyyətini təsdiq edən arayışlar və digər arayışların verilməsi” xidmətinin iş axınında olan dəyişiklik barədə də məlumat verilib. Bildirilib ki, artıq bu xidmət üzrə müraciətlər ümumi şöbə tərəfindən qəbul olunduqdan sonra aidiyyəti üzrə şöbə və ya nümayəndəliyə göndəriləcək. 

Müzakirə olunan məsələlər ilə bağlı inzibati ərazi dairəsi üzrə nümayəndələrə müvafiq tapşırıqlar, bələdiyyə sədrlərinə isə tövsiyyələr verilib.

Keçidlər