Şriftin ölçüsü :

Saytın rəngi :

Yevlax Şəhər İcra Hakimiyyətində növbəti aparat müşavirəsi keçirildi

17 sentyabr 2022 | 14:45
Yevlax Şəhər İcra Hakimiyyətində növbəti aparat müşavirəsi keçirildi
Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyevin rəhbərliyi ilə aparatın məsul əməkdaşlarının, Bələdiyyə sədrlərinin, İnzibati Ərazi Dairələri üzrə nümayəndələrin iştirakı ilə “Yevlaxda şəhid ailələrinə və əlillərinə diqqət və qayğı göstərilməsi, qaldırdıqları məsələlərinin operativ həll edilməsi məsələləri”nə həsr edilmiş aparat müşavirəsi keçirilib.
Müşavirəni giriş sözü ilə açan Şəhər rəhbəri bildirdi ki, Azərbaycanın ərazi bütövlüyü uğrunda öz canından keçmiş şəhid ailələrinə, həmçinin müharibə əlillərinə dövlət tərəfindən hər zaman böyük diqqət və qayğı göstərilir.
Ölkəmizdə bu kateqoriyadan olan insanlara göstərilən yüksək dövlət qayğısının əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub. Ümummilli Liderin bu siyasəti onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Möhtərəm Prezident Cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin əsas istiqamətlərini müharibə veteranlarının, əlillərinin, şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, onların problemlərinin vaxtında həllinə nail olunması, hər cür qayğı ilə əhatə olunması təşkil edir.
Ölkə rəhbərliyinin müvafiq göstərişlərinə əsasən, dövlət qurumları bu qəbildən olan insanların problemləri ilə yaxından maraqlanır, onların həlli istiqamətində tədbirlər həyata keçirilir.
Əlillərə, şəhid ailələrinə, veteranlara Azərbaycan Respublikasının Birinci Vitse-Prezidenti hörmətli Mehriban xanım Əliyeva tərəfindən də yüksək diqqət və qayğı göstərilir. Məhz müharibədə yaralanan qazilərimiz Heydər Əliyev Fondu tərəfindən yüksək texnologiyalı protezlərlə təmin olunurlar.
Həm Qarabağ müharibəsi şəhidlərinin ailələri, qazilər, veteranlar həmçinin Müstəqil Azərbaycanımızın tarixinə qızıl hərflərlə yazılmış 44 günlük Vətən Müharibəsi şəhidlərinin ailələrinə, qazilərinə Yevlaxda daim diqqətlə yanaşılır. Mənzil məişət şəraitlərinin yaxşılaşdırılması, işlə təmin olunmaları və rastlaşdıqları digər məsələlərin operativ surətdə həll olunması daim Şəhər İcra Hakimiyyəti tərəfindən nəzarətdə saxlanılır.
Müşavirənin sonunda aidiyyatı şəxslərə müvafiq tapşırıqlar verilmişdir.
Keçidlər