Yevlax Şəhər İcra Hakimiyyətində müşavirə keçirildi
Yevlax Şəhər İcra Hakimiyyətində Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyevin rəhbərliyi ilə aparatın əməkdaşları, inzibati ərazi dairəsi üzrə nümayəndələrin və bələdiyyələrin iştirakı ilə müşavirə keçirilib. Müşavirədə dövlət qurumlarına daxil olan vətəndaş müraciətlərinə operativ, mövcud qanunvericiliyin tələblərinə uyğun baxılmasının, Şəhid ailələri, Qazilərin sosial qayğılarının öyrənilməsi, həlli istiqamətində müvafiq tədbirlərin görülməsinin təmin edilməsi, icra nümayəndəliklərində təsərrüfat kitablarının dəqiqləşdirilməsi işlərinin nəticələri, bu sahədə olan çatışmazlıqların aradan qaldırılması, yerlərdə aparılan tikinti işlərinin mövcud qanunvericiliyin, memarlıq–arxitektura tələblərinə uyğunluğunun təmin edilməsi, bələdiyyə mülkiyyətində olan torpaqların zəbt edilməsi və ya qanunsuz istifadə hallarının müəyyən edilərək qanunamüvafiq tədbirlərin görülməsi, əkin sahələrinin, o cümlədən, pambıq sahələrində suvarma işlərinin gedişati, baramanın saxlanılması vəziyyəti, rayon ərazisindəki yolların kənarlarında təmizlik-abadlıq işlərinin aparılması kimi məsələlər müzakirə edilib.
Anar Tağıyev bildirdi ki, dünyanın demək olar ki, əksər ölkələrinin gündəmini pandemiyanın, iqtisadi böhranın problemləri işğal etdiyi halda Azərbaycan Prezidentimiz, Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevin rəhbərliyi altında yüksək hazırlıqlı ordusu, milli birliyi, dayanıqlı iqtisadiyyatı və düzgün xarici siyasəti nəticəsində uzun illərdir arzuladığı o böyük zəfərə nail oldu və bu baxımdan beynəlxalq ictimaiyyətin müsbət mənada böyük diqqətini özünə çəkdi. Həmçinin qeyd etdi ki,44 günlük Vətən Müharibəsində əldə edilən qələbədən sonra artıq işğaldan azad olunmuş torpaqlarda geniş miqyaslı abadlıq quruculuq işləri həyata keçirilir. Tezliklə həmin ərazilər abadlaşacaq, sakinlər öz yerlərinə köçəcək, firavan və xoşbəxt yaşayacaqlar.
Şəhər Rəhbəri əlavə etdi ki, Cənab Prezidentimizin vətəndaşların müraciətlərinin operativ həlli ilə bağlı göstərişlərinə uyğun olaraq hər bir vəzifəli şəxs yerlərdə daxil olan müraciətlərə həssas yanaşmalı, onların həlli ilə bağlı operativ tədbirlər görməli, həlli üçün müvafiq qaydada aidiyyəti qurumlara müraciət etməli, həlli mümkün olmayan, əsassız və digər müraciətlərlə dair vətəndaşlara ətraflı izahlar verməlidirlər. Həmçinin vətəndaşların vaxtına qənaət edilməsi, müraciət prosesinin asanlaşdırılması, habelə yerli icra hakimiyyətlərinin fəaliyyətində çeviklik və səmərəliliyini təmin edən “Rəqəmsal İcra Hakimiyyəti” portalı haqqında ətraflı məlumat verildi və vətəndaşların bu portal barədə maarifləndirilməsinin vacibliyini vurğulandı, aparılan müzakirələr, irəli sürülən təkliflərlə bağlı müvafiq tapşırıqlar və tövsiyyələr verildi.