Şriftin ölçüsü :

Saytın rəngi :

Yevlax Şəhər İcra Hakimiyyətində İxrac Neft və Qaz Boru Kəmərlərinin Təhlükəsizliyi üzrə komissiyanın növbəti iclası keçirilmişdir

02 oktyabr 2024 | 17:13
Yevlax Şəhər İcra Hakimiyyətində İxrac Neft və Qaz Boru Kəmərlərinin Təhlükəsizliyi üzrə komissiyanın növbəti iclası keçirilmişdir
Yevlax Şəhər İcra Hakimiyyətində keçirilən növbəti iclasda Şəhər İcra Hakimiyyətinin Başçısının birinci müavini, Komissiyanın sədri Xaliq Əliyev və komissiyanın üzvləri iştirak etmişlər.
İclasda Azərbaycan Respublikasının iqtisadiyyatının surətlə inkişaf etdirilməsində İxrac Neft və Qaz Boru Kəmərlərinin müstəsna əhəmiyyəti vurğulanmış, bu baxımdan kəmərlərin mühafizə edilməsi, təhlükəsizliyinin təmin olunmasının əsas vəzifə kimi gündəlikdə olması qeyd olunmuşdur.
Həmçinin bildirilmişdir ki, İxrac Neft və Qaz boru kəmərlərinin Təhlükəsizliyinin təmin olunmasında hər kəs öz üzərinə düşən vəzifələri əzmlə yerinə yetirməli, maarifləndirmə tədbirləri genişləndirilməli, Komissiyanın iclasında irəli sürülən təkliflər araşdırılmalı və müvafiq tədbirlər görülməlidir.
Keçidlər