Şriftin ölçüsü :

Saytın rəngi :

Yevlax Şəhər İcra Hakimiyyətində İxrac Neft və Qaz Boru Kəmərlərinin Təhlükəsizliyi üzrə komissiyanın 2024-cü ildə görülmüş işlərin yekununa həsr olunmuş iclası keçirilmişdir

28 dekabr 2024 | 19:42
Yevlax Şəhər İcra Hakimiyyətində İxrac Neft və Qaz Boru Kəmərlərinin Təhlükəsizliyi üzrə komissiyanın 2024-cü ildə görülmüş işlərin yekununa həsr olunmuş iclası keçirilmişdir
Yevlax Şəhər İcra Hakimiyyətində keçirilən növbəti iclasda Şəhər İcra Hakimiyyətinin Başçısının birinci müavini, Komissiyanın sədri Xaliq Əliyev və komissiyanın üzvləri iştirak etmişlər.
İclasın gedişində Komissiyanın 2024-cü ildə gördüyü işlər və növbəti ildə qarşıda duran vəzifələr müzakirə olunmuşdur. Həmçinin Azərbaycan Respublikasının iqtisadiyyatının surətlə inkişaf etdirilməsində İxrac Neft və Qaz Boru Kəmərlərinin müstəsna əhəmiyyəti vurğulanmış, bu baxımdan kəmərlərin mühafizə edilməsi, təhlükəsizliyinin təmin olunmasının əsas vəzifə kimi gündəlikdə olması qeyd olunmuşdur.
Keçidlər