Şriftin ölçüsü :

Saytın rəngi :

Yevlax Şəhər İcra Hakimiyyətində Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə bir qrup şəhid ailələri ilə görüş keçirildi

29 dekabr 2022 | 16:39
Tədbidə çıxış edən Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev əlamətdar bayramlar münasibətilə görüş iştrakçılarını təbrik edərək Həmrəylik Gününün qeyd olunmasında Ümummilli Lider Heydər Əliyevin tarixi xidmətlərindən və dünya azərbaycanlılarının vahid ideya ətrafında birləşməsində bu günün xüsusi rolundan danışıb, 1991-ci ilin 16 dekabırında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyev Dünya Azərbaycanlılarının birliyini yaratmağın əhəmiyyətini nəzərə alaraq dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan etdiyini qeyd edib. Ümummilli Lider Heydər Əliyevin siyası fəlsəfəsinə, onun liderlik məktəbinə söykənən Möhtərəm Prezidentimiz İlham Əliyev Ulu Öndərin bu sahədəki xidmətlərini uğurla davam etdirir. Ümummilli Liderin müəyyənləşdirdiyi siyasi xəttin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Ordumuzun 44 günlük Vətən müharibəsində qazandığı qələbə xalqımızın milli birliyini möhkəmləndirib. Müzəffər Ordumuz böyük qəhrəmanlıq göstərərək mənfur düşməni ağır məğlubiyyətə uğradıb və ölkəmizin ərazi bütövlüyünü bərpa edib. Milli dövlətçilik tariximizdə və xalqımızın yaddaşında əbədi yaşayacaq şanlı Zəfər xalq-iqtidar birliyi, güclü ordu və ona rəhbərlik edən Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi və gərgin siyasi-diplomatik fəaliyyəti, eyni zamanda, dünya azərbaycanlılarının həmrəyliyi nəticəsində qazanılıb.
Şəhid ailələrinə, müharibə əlillərinə və iştirakçılarına göstərilən yüksək dövlət qayğısından geniş söz açan Şəhər rəhbəri vurğulamışdır ki, Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş şəhidlərimizin həyat yolu gələcək nəsillər üçün cəsurluq və mərdlik nümunəsidir.
Tədbirdə çıxış edən Şəhidlərin ailə üzvləri övladlarının şərəfli döyüş yollarından söz açaraq övladlarının qəhrəmanlığından qürur hissi keçirdiklərini, onlarla fəxr etdiklərini dilə gətirərək dövlətimizin şəhid ailələrinə göstərdiyi qayğıdan razılıqlarını bildirmişlər.
Görüşdə Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin Sərancamı ilə Vətən Müharibəsində göstərdikləri igidliyə, qəhrəmanlığa görə təltif olunduqları ordenlər şəhidlərinin ailə üzvlərinə təqdim edildi.
Şəhid ailələri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci Vitse-Prezidenti hörmətli Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını birdirdilər.
Keçidlər