Şriftin ölçüsü :

Saytın rəngi :

Yevlax Şəhər İcra Hakimiyyətində Dövlət Proqramından irəli gələn vəzifələrin icrasına həsr olunmuş iclas keçirilib

28 iyul 2026 | 18:01
Yevlax Şəhər İcra Hakimiyyətində Dövlət Proqramından irəli gələn vəzifələrin icrasına həsr olunmuş iclas keçirilib
Yevlax Şəhər İcra Hakimiyyətində Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 25 may tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”ndan irəli gələn vəzifələrin icrası ilə əlaqədar geniş tərkibli iclas keçirilib.
İclasda Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev, aidiyyəti dövlət qurumlarının rəhbərləri, şəhər üzrə inzibati ərazi dairələri üzrə nümayəndələr, bələdiyyə sədrləri, iri fermer təsərrüfatlarının nümayəndələri və sahibkarlar iştirak ediblər.
İclası giriş nitqi ilə açan Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev Dövlət Proqramının ölkədə aqrar sahənin inkişafı, ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsi, müasir istehsal və emal infrastrukturunun formalaşdırılması, ixrac potensialının artırılması və kənd yerlərində məşğulluğun genişləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb. Bildirilib ki, Dövlət Proqramında müəyyən edilmiş tədbirlərin yerli səviyyədə vaxtında və səmərəli icrası qarşıda duran əsas vəzifələrdəndir.
İclas zamanı aidiyyəti qurumların nümayəndələri Dövlət Proqramının əsas istiqamətləri, kənd təsərrüfatı məhsullarının istehsalının artırılması, suvarma və meliorasiya sistemlərinin təkmilləşdirilməsi, innovativ texnologiyaların tətbiqi, balıqçılıq və akvakultura sahələrinin inkişafı, məhsulların emalı və satış imkanlarının genişləndirilməsi ilə bağlı nəzərdə tutulan tədbirlər barədə ətraflı məlumat veriblər.
Çıxış edən fermerlər və sahibkarlar aqrar sektorun inkişafı istiqamətində həyata keçirilən dövlət dəstəyi tədbirlərini yüksək qiymətləndirərək, Dövlət Proqramının icrası zamanı yerli istehsalın genişləndirilməsi, yeni investisiya imkanlarının yaradılması və kənd təsərrüfatında məhsuldarlığın artırılması ilə bağlı fikir və təkliflərini səsləndiriblər.
Sonda Dövlət Proqramından irəli gələn tapşırıqların vaxtında və keyfiyyətlə icra olunması, aidiyyəti qurumlar arasında koordinasiyanın gücləndirilməsi, fermer və sahibkarlarla mütəmadi maarifləndirici görüşlərin keçirilməsi, həyata keçirilən tədbirlərin davamlı monitorinqinin təmin edilməsi ilə bağlı müvafiq tapşırıqlar verilib.
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 25 may tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı”ndan irəli gələn vəzifələrin icrası ilə əlaqədar Yevlax rayonunun kənd və qəsəbələrində də maarifləndirici tədbirlərin keçirilməsi planlaşdırılır.
Keçidlər