Şriftin ölçüsü :

Saytın rəngi :

Yevlax Şəhər İcra Hakimiyyətində daha bir Vətən müharibəsi iştirakçısı işlə təmin olundu

19 dekabr 2022 | 08:47
Belə ki, 44 günlük Vətən müharibəsində torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə iştirak edən rayonun Tanrıqulular kənd sakini Kazımlı Hikmət Elşən oğlu Yevlax Şəhər İcra Hakimiyyəti Başçısının Tanrıqulular kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsinin müavini vəzifəsinə təyin edilib. Qeyd edək ki, H.Kazımlı Dövlət İmtahan Mərkəzinin keçirdiyi Dövlət Qulluğuna qəbul imtahanında BB kateqoriyası üzrə müvəffəqiyyət qazanmışdır.
Hikmət Kazımlı Vətən müharibəsi zamanı Tərtər-Suqovuşan istiqamətində gedən döyüşlərdə iştirak edib. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin Sərəncamı ilə “Suqovuşanın azad olunmasına görə”, Azərbaycan Respublikasının Baş Nazirinin Sərəncamı ilə “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunmuşdur.
Keçidlər