Şriftin ölçüsü :

Saytın rəngi :

Yevlax Şəhər İcra Hakimiyyətində Avropa çempionatında yüksək nəticə əldə etmiş Yevlax idmançısı ilə görüş keçirilmişdir

22 may 2024 | 12:49
Yevlax Şəhər İcra Hakimiyyətində Avropa çempionatında yüksək nəticə əldə etmiş Yevlax idmançısı ilə görüş keçirilmişdir
Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev Yunanıstanın Loutraki şəhərində keçirilən Avropa çempionatında (U-15) II yeri tutmuş Yevlax idmançısı Kərimov Xudayar Məzahir oğlu ilə görüşmüşdür. Şəhər İcra Hakimiyyətində baş tutan görüşdə Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev, Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsinin müdiri Azad Gözəlov iştirak etmişlər.
Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev çıxış edərək bildirmişdir ki, Ölkəmizdə idmana diqqət ildən-ilə daha da artır. Möhtərəm Prezidentimizin idmanı sevməsi, idmançılara xüsusi həssaslıqla yanaşması ölkəmizdə idmanın kütləviləşməsinə əlverişli şərait yaradıb. Azərbaycan idmanının bugünkü inkişaf səviyyəsi gənc nəslin fiziki və mənəvi cəhətdən sağlam yetişməsini daim diqqət mərkəzində saxlayan Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin bu sahəyə göstərdiyi yüksək diqqət və qayğının göstəricisidir. İdmançılarımız nəinki respublikada hətta dünyada yüksək nəticələr əldə edirlər.
Yevlax Uşaq–Gənclər İdman Məktəbinin tələbəsi Xudayar Kərimov onlara göstərilən diqqət və qayğıya görə Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə öz minnətdarlığını bildirmişdir.
Sonda Xudayar Kərimov Yevlax Şəhər İcra Hakimiyyətinin Fəxri Fərmanı təltif edilmişdir.
Keçidlər