Yevlax Şəhər İcra Hakimiyyətində aqrar subsidiya müraciətlərinin sistemə daxil edilməsinə dair maarifləndirmə tədbirlərinin həyata keçirilməsi ilə bağlı iclas keçirilmişdir
14 aprel 2026 | 15:42
Yevlax Şəhər İcra Hakimiyyətində aqrar subsidiya müraciətlərinin sistemə daxil edilməsinə dair maarifləndirmə tədbirlərinin həyata keçirilməsi ilə bağlı iclas keçirilmişdir
“Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 27.06.2019-cu il tarixli 759 nömrəli Fərmanının 8-ci hissəsinin icrası ilə əlaqədar Yevlax Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə maarifləndirici görüş keçirilmişdir.
Görüşdə Yevlax Şəhər İcra Hakimiyyəti Başçısının müavini- Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Elnarə Əzizova, ŞİH aparatının digər məsul şəxsləri, İnzibati Ərazi Dairəsi üzrə nümayəndələr, Yevlax DAİM-in rəhbəri və fermerlər iştirak etmişdir.
İclas zamanı İcra Hakimiyyəti Başçısının inzibati ərazi dairələri üzrə nümayəndəliklərinin ərazilərində fəaliyyət göstərən fermerlərin aqrar subsidiya ilə bağlı müraciətlərinin “Subsidiya” informasiya sisteminə daxil edilməsində iştirakı və bu sahədə maarifləndirmə işlərinin təşkili məsələləri müzakirə olunmuşdur. Nümayəndələrə fermerlərin müraciətlərinin sistemə düzgün və vaxtında daxil edilməsi, eləcə də subsidiya mexanizmi ilə bağlı əhali arasında izahat işlərinin aparılması qaydaları barədə ətraflı məlumat verilmişdir.
Sonda nümayəndəliklərə ərazilərində fəaliyyət göstərən fermerlərə zəruri dəstəyin göstərilməsi, onların subsidiya ilə bağlı müraciətlərinin “Subsidiya” informasiya sisteminə daxil edilməsinə köməklik göstərilməsi və maarifləndirmə tədbirlərinin davamlı əsasda həyata keçirilməsi tapşırılmışdır.






