Şriftin ölçüsü :

Saytın rəngi :

Yevlax Şəhər İcra Hakimiyyəti yanında Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın iclası keçirilib

03 aprel 2024 | 13:30
Yevlax Şəhər İcra Hakimiyyətinin inzibati binasında keçirilən iclasda Yevlax Şəhər İcra Hakimiyyəti yanında Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın sədri Elnarə Əzizova və komissiyanın üzvləri iştirak ediblər.
İclasda yetkinlik yaşına çatmayanların hüquqlarının müdafiəsinin müasir dünyanın aktual problemləri içərisində əhəmiyyətli yer tutduğunu qeyd edilib.
Uşaqların müdafiəsinin həyata keçirilməsi, uşaq hüquqlarının təmin olunması üzrə mühüm müzakirələrin aparılması, fəaliyyət istiqamətləri ilə bağlı mövcud vəziyyətin öyrənilməsi və qarşıya çıxan çətinliklərin aradan qaldırılması baxımından keçirilən görüşün əhəmiyyəti vurğulanıb. Yetkinlik yaşına çatmayanların baxımsızlığının profilaktikası üzrə tədbirlərin icrasının mütəmadi davam etdirildiyini, həmin şəxslərin tərbiyəsi, saxlanması üzrə öz vəzifələrini yerinə yetirməyən valideynlər barəsində polis inspektorları və digər qurumlardan nümayəndələr cəlb edilməklə fərdi profilaktik işlər təşkil olunduğu bildirilib.
Əlavə olaraq iclasda Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020–2025-ci illər üçün Fəaliyyət Planı”nın icra vəziyyəti, uşaq hüquqlarının müdafiəsi sahəsində mütəxəssislərin bilik və bacarıqlarının artırılması, rayon komissiyasının fəaliyyətinin effektivliyinin təmin olunması, uşaq hüquqlarının təşviqi sahəsində maarifləndirmə tədbirlərinin həyata keçirilməsi, rayon komissiyanın qarşısında duran məsələlər və 2024-ci il üçün nəzərdə tutulmuş tədbirlər planı müzakirə edilib.
Keçidlər