Şriftin ölçüsü :

Saytın rəngi :

Yevlax Şəhər İcra Hakimiyyəti yanında Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyanın növbəti iclası keçirilmişdir

10 yanvar 2026 | 12:20
Yevlax Şəhər İcra Hakimiyyəti yanında Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyanın növbəti iclası keçirilmişdir
İclasın gündəliyinə uşaqların hüquqlarının təmin edilməsi vəziyyəti, bu sahədə icra olunan tədbirlər, habelə mövcud çatışmazlıqların aradan qaldırılması məsələləri daxil edilmişdir.
Tədbir zamanı müvafiq qurumların nümayəndələri tərəfindən məlumatlar təqdim edilmiş, uşaq hüquqlarının müdafiəsi sahəsində qanunvericiliyin icrası vəziyyəti ətraflı müzakirə olunmuşdur. Uşaqların sosial müdafiəsi, təhsilə cəlb olunması, sağlamlığının qorunması və təhlükəsizliyinin təmin edilməsi ilə bağlı məsələlər xüsusi diqqət mərkəzində saxlanılmışdır.
İclasın yekunlarına əsasən, uşaq hüquqlarının daha səmərəli şəkildə qorunması məqsədilə əlaqələndirilmiş tədbirlərin həyata keçirilməsinin zəruriliyi, nəzarət mexanizmlərinin gücləndirilməsi, habelə aidiyyəti qurumlar arasında əməkdaşlığın artırılmasının vacibliyi vurğulanmışdır.
Keçidlər