Yevlax Şəhər İcra Hakimiyyəti yanında İxrac Neft və Qaz Boru Kəmərlərinin Təhlükəsizliyi üzrə Komissiyanın növbəti iclası keçirilib
13 may 2026 | 16:58
Yevlax Şəhər İcra Hakimiyyəti yanında İxrac Neft və Qaz Boru Kəmərlərinin Təhlükəsizliyi üzrə Komissiyanın növbəti iclası keçirilib
İclasda Komissiyanın sədri, Yevlax Şəhər İcra Hakimiyyəti Başçısının birinci müavini Xaliq Əliyev, aidiyyəti qurumların nümayəndələri və Komissiyanın üzvləri iştirak ediblər.
Tədbiri giriş nitqi ilə açan Komissiyanın sədri, Yevlax Şəhər İcra Hakimiyyəti Başçısının birinci müavini Xaliq Əliyev ixrac neft və qaz boru kəmərlərinin təhlükəsizliyinin təmin olunmasının ölkənin enerji təhlükəsizliyi və iqtisadi inkişafı baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayaraq, mövcud vəziyyət, həyata keçirilən profilaktik tədbirlər və qarşıda duran vəzifələr barədə ətraflı məlumat verib.
İclas zamanı Komissiyanın üzvləri çıxış edərək boru kəmərlərinin mühafizəsinin gücləndirilməsi, təhlükəsizlik qaydalarına riayət olunması, əhali arasında maarifləndirmə işinin aparılması və aidiyyəti qurumlar arasında əməkdaşlığın daha da genişləndirilməsi ilə bağlı fikirlərini səsləndiriblər.
Müzakirələr zamanı təhlükəsizlik tədbirlərinin effektivliyinin artırılması məqsədilə bir sıra təkliflər irəli sürülmüş, qarşıda duran vəzifələr müəyyənləşdirilib.
İclasın sonunda aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib.






