Şriftin ölçüsü :

Saytın rəngi :

Yevlax Şəhər İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Yevlax Rayon Təşkilatının birgə təşkilatçılığı ilə 14 iyul 1969-cu il Ulu Öndərin Respublikamızda siyasi hakimiyyətə gəlişinin ildönümünə həsr olunmuş tədbir keçirilib

14 iyul 2022 | 18:36

Yevlax Şəhər İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Yevlax Rayon Təşkilatının birgə təşkilatçılığı ilə 14 iyul 1969-cu il Ulu Öndərin Respublikamızda siyasi hakimiyyətə gəlişinin ildönümünə həsr olunmuş tədbir keçirilib
Tədbirdə Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev, Milli Məclisin deputatı İlham Məmmədov, YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev, Mərkəzi Aran Regional Təhsil İdarəsinin Yevlax sektorunun, rayon Ağaqqallar Şurası, Gənclər və İdman İdarəsinin, Yevlax Gənclər Evi Sosial Xidmət Müəssisəsinin, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Yevlax nümayəndəliyi, rayonun idarə və müəssisələrinin rəhbərləri, Vətən Müharibəsi qaziləri, veteranlar, YAP fəalları iştirak etmişlər.
Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsinin önünə gül dəstələri düzərək onun əziz xatirəsinə öz ehtiramlarını bildirdilər.
Tədbir zamanı Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı, ərazi bütövlüyümüz uğrunda həlak olmuş şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edildi.
Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən videoçarx nümayiş etdirildi.
Tədbirdə çıxış edən Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev bildirdi ki, 14 iyul 1969-cu il tarixi zirvəyə yüksəlişin başlandığı gündür. 1969-cu ilin 14 iyulu respublikamızın tarixində dönüş günü, xalqımızın yaddaşında ən şərəfli gün kimi qalır. Respublikamızın mədəni, iqtisadi yüksəlişində, xalqımızın rifah halının yaxşılaşdırılmasında, indiki müstəqil dövlətimizin təməlinin qoyulmasında həmin günün müstəsna rolu olmuşdur. 1969-cu il iyul ayının 14-də Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin Plenumunda təşkilat məsələsi müzakirə edilərək Heydər Əlirza oğlu Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi və büro üzvü seçildi. Əgər o vaxtadək Azərbaycan SSRİ miqyasında yalnız xammal mənbəyi kimi çıxış edərək inkişaf tempinə görə ən geridə qalmış respublika kimi tanınsa da, Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən işlərin fonunda ölkəmiz sürətli inkişaf tempinə malik oldu və 1970-ci illərin sonu - 1980-ci illərin əvvəlində bütün sahələrdə mütəmadi inkişaf meyilləri qeydə alındı. Bununla yanaşı, siyasi-ideoloji müstəvidə görülən işlər də milli inkişaf və həmrəyliyimizin təminatçısı qismində çıxış etdi. Milli ideoloji siyasətin tərkib hissəsi kimi, 1978-ci ildə Heydər Əliyevin cəhdləri və təşəbbüsü sayəsində Azərbaycan SSR-in Konstitusiyasına “Azərbaycan dili Azərbaycan SSR-in rəsmi dövlət dilidir” maddəsi daxil edildi.
Ulu Öndərin idarəçilik üslubu böyük bir məktəb idi. Onun natiqlik məharəti, insanlarla ünsiyyəti, onları hövsələ ilə dinləməsi, göstəriş və tövsiyələr vermək qabiliyyəti, kadrlara qayğı və tələbkarlıq göstərmək üslubu, çətin məsələləri həll etmək üçün qısa vaxtda çıxış yolu tapmaq bacarığı, iradə möhkəmliyi və yorulmazlığı həmişə heyrət doğururdu.
Azərbaycanın müstəqil dövlət quruculuğuna aparan yolu, əslində, 1969-cu ildən - məhz onun hakimiyyətə gəlişindən sonra başlamışdır. Bu mənada azərbaycançılığın ən parlaq səhifələri də elə həmin illərdən etibarən yazılmışdır. Heydər Əliyev o dövrdə Azərbaycanda milli ruhun tamamən sıxışdırılmasına nəinki yol verməmiş, əksinə, onu yüksəltmək yolunda bütün imkanlardan maksimum dərəcədə istifadə etməyi bacarmışdır.Bu baxımdan Heydər Əliyevin respublika rəhbərliyinə gəlməsindən sonrakı dövr milli özünüdərkin başlanğıcı kimi qəbul edilir. Onun respublikaya rəhbərlik etməyə başladığı ilk günlərdən Azərbaycanın görkəmli şəxsiyyətlərinin yubileylərinin müntəzəm surətdə qeyd olunması bir ənənə halını almış, bu isə Azərbaycan xalqının ümummilli problemləri ilə sıx bağlı olub milli ruhun, milli özünüdərkin yüksəlişi, xalqın tarixi yaddaşının özünə qaytarılması, müstəqil dövlətçilik ideyalarının gerçəkləşməsi üçün zəmin yaratmışdı.
Şəhər Rəhbəri qeyd etdi ki, Ulu Öndərimiz Yevlaxa da daim xüsusi diqqət qayğı göstərmişdir. Onun rayona bütün səfərləri rayonun sosial-iqtisadi, aqrar inkişafına təkan vermiş və Yevlax özünün ən yüksək inkişaf dövrünü yaşayırdı. Həmin dövrdə Zaqafqaziyada yeganə olan Yunun İlkin Emalı fabrikinin Yevlaxda tikilməsi nəticəsində rayonda 2000-dən artıq yeni iş yerləri yaranmış, şəhərdə çox sayda sənaye tikinti müəssisələri fəaliyyətə başlamışdır. Bütün bunların nəticəsində Yevlax Respublikada 4-cü iri sənaye şəhərinə çevrilmişdir.Məhz Ulu Öndərin diqqət və qayğısı sayəsində Yevlax ən böyük pambıqçılıq rayonuna çevrilmiş, belə ki, rayonda 30 min tondan çox pambıq toplanmışdır.
Ulu Öndərin Yevlaxda təkcə aqrar sahənin deyil digər sahələrin inkişafına da qayğı göstərirdi. O dövrdə Yevlaxda onlarla yaşayış binaları, təhsil, səhiyyə, mədəniyyət müəssisələri tikilib insanların istifadəsinə verilmişdir. Ulu Öndərin Xaldan kənd kopmleks orta məktəbində olması sonradan həmin məktəbin Sovetlər İttifaqında tanınan təhsil ocağına çevrilməsinə əsaslı zəmin yaratmışdır.
Tədbirdə Milli Məclisin deputatı İlham Məmmədov, YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev, Əməkdar jurnalist, Kür qəzetinin baş redaktoru Əminə Əhmədova, Şəhər Gənclər və İdman İdarəsinin baş məsləhətçisi Etibar Məmmədov, Xaldan kənd kompleks tam orta məktəbin direktor müavini Mələk İsmayılova çıxış edərək qeyd etdilər ki, Azərbaycanın çoxəsrlik dövlətçilik tarixində Heydər Əliyev dühasının müstəsna yeri vardır. Ulu Öndərin Azərbaycanda birinci dəfə siyasi hakimiyyətə gəldiyi 1969-cu ilin 14 iyul günü xalqımızın tarixi taleyində oynadığı misilsiz rolu ilə daim xatırlanır. Bu tarix Azərbaycanın xilasının birinci mərhələsi, xalqın özünə qayıdış tarixidir. Dünya şöhrətli siyasi xadim öz müdrik və uzaqgörən fəaliyyəti ilə müasir tariximizin ən şanlı və şərəfli səhifələrini yazmışdır. Buna görə də Ümummilli Liderimizin xalqa xidmətdə keçmiş parlaq və mənalı ömrünün hər anı siyasi təqvimimizdə özünəməxsus yerə malikdir. Heydər Əliyevin 1969-1982-ci illərdə Azərbaycana rəhbərlik etdiyi dövrdə, həmçinin dahi şəxsiyyətin 1993-2003-cü illərdə prezidentlik fəaliyyəti dövründə ölkənin, xalqın taleyində möhtəşəm işlərin görüldüyünə, silinməz izlərin qoyulduğuna bir daha şahid oluruq. Hazırda Ümummilli Liderin daxili və xarici siyasəti, iqtisadi plan və proqramları Heydər Əliyev məktəbinin layiqli davamçısı, Ölkəmizin Prezidenti, Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla yerinə yetirilir və böyük inkişaf yolu keçən Azərbaycan bu gün regionun bütün sahələr üzrə ən qüdrətli dövlətinə çevrilmişdir. Odur ki, qədirbilən xalqımız Ulu Öndərin fəaliyyətini yüksək dəyərləndirir, onun xatirəsini əziz tutur və yeni əsrin yeni Lideri Cənab Prezidentimizin uğurlu siyasəti ətrafında sıx birləşir.

Keçidlər