Şriftin ölçüsü :

Saytın rəngi :

Yevlax Şəhər İcra Hakimiyyəti tərəfindən Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin Anım Günü münasibətilə ehsan süfrəsi təşkil olunmuşdur

12 dekabr 2024 | 15:58
Yevlax Şəhər İcra Hakimiyyəti tərəfindən Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin Anım Günü münasibətilə ehsan süfrəsi təşkil olunmuşdur
12 dekabr 2024-cü il tarixdə Yevlax Şəhər İcra Hakimiyyəti tərəfindən Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin Anım Günü münasibətilə ehsan süfrəsi təşkil olunmuşdur. Ehsan süfrəsində Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev, Qafqaz Müsəlmanları İdarəsinin Qərb bölgəsi üzrə səlahiyyətli nümayəndəsi Hacı Tahir Abbasov, Bərdə "Seyid Yusif Ağa” Ziyarətgahının rəhbəri Seyid Səbuhi Yusifov, YAP Yevlax rayon təşkilatının, rayonun hüquq-mühafizə orqanlarının,idarə müəssisələrinin rəhbərləri,rayon ictimaiyyətinin nümayəndələri, şəhid ailələrinin üzvləri, qazilər, müharibə veteranları,aztəminatlı ailələr iştirak etmişlər.
Mərasimdə çıxış edən Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev qeyd etdi ki, qüdrəti və xalqa məhəbbəti ilə günəş ucalığında dayanan Ulu Öndərin boynumuzda elə bir haqqı var ki, onu qaytarmağa bir ömür bəs etməz. Heydər Əliyev elə düha idi ki, bütöv bir xalqın problemləri məhz onun fəaliyyəti, cəsarəti, mübarizəsi, nurlu əməlləri ilə həll edilirdi.Azərbaycan dövlətçiliyinin xilaskarı, türk dünyasının böyük oğlu Heydər Əliyevin vəfatından ötən illər ərzində görkəmli şəxsiyyətin, Ulu Öndərimizin məzarı xalqımızın müqəddəs ziyarətgahına, gənclərin and yerinə çevrilmişdir. Ümummilli Lider Heydər Əliyev dövlətçilik tariximizin yalnız 40 ilinə rəhbərlik edib. Lakin, bu zaman kəsiyində xalqın minilliklərlə intizarında olduğu arzular, niyyətlər həqiqətə çevrilmiş, milli dövlətçiliyimizin formalaşması prosesi sürətlənmişdir. Qətiyyətlə deyə bilərəm ki, Heydər Əliyev dühası yalnız bir şəxsiyyətin fərdi qabiliyyətinin nəticəsi deyil, bütövlükdə xalqın tarixi iradəsinin ifadəsi idi. O, xalqına arxalanır, xalq da ona inanır, etibar edirdi. Heydər Əliyev Ümummilli Lider kimi yalnız tarixin, taleyin seçimi deyildi, həm də xalqımızın seçimi idi. Azərbaycan tarixinin Heydər Əliyev dövrü bütöv bir mərhələ, epoxadır. Ulu Öndər vicdanlı, şərəfli, comərd, ləyaqətli bir ömür yaşamışdır. Ulu Öndər dünyanın müxtəlif ölkələrinə səpələnmiş soydaşlarımızı bir amal - azərbaycançılıq ideyası ətrafında sıx birləşməyə çağıraraq bəyan etdi ki, hamımızın bir vətəni var-Azərbaycan. Heydər Əliyev şəxsiyyətinin böyüklüyü təkcə bu sadalanlarla tamamlanmadı. Ulu Öndər Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin şəxsində Azərbaycanın müstəqilliyinin, ölkəmizin sosial-iqtisadi, mədəni yüksəlişinin daimiliyini, əbədiliyini, dönməzliyini təmin edəcək layiqli davamçısını müəyyən etdi. Ulu Öndərin 1993-cü ildən etibarən ən yaxın, ən sadiq və ən fədakar yardımçısı məhz İlham Əliyev idi. "Əsrin müqaviləsi"nin imzalanmasında və uğurla icrasında, yeni siyasi mədəniyyətin formalaşmasında,diplomatiyamızın uğurlarında, idman və gənclər hərəkatının genişlənməsində - bir sözlə, bütün sahələrdə Heydər Əliyev siyasətinin ən öncül icraçısı məhz İlham Əliyev cənabları idi. Təsadüfi deyil ki, 2003-cü ilin prezident seçkisi ərəfəsində Ulu Öndər "Mən ona özüm qədər inanıram" deyərək cənab İlham Əliyevi xalqa təqdim edəndə əslində xalq da artıq o şəxsiyyətə Heydər Əliyevin inandığı qədər inanırdı. Prezident İlham Əliyevin qurduğu tarixin ən qüdrətli Azərbaycanı Heydər Əliyev irsinə, Ulu Öndərin tarixi missiyasına verilən ən yüksək dəyərdir. Prezident İlham Əliyevin qurduğu bu Azərbaycan hər cəhətdən dünyada bir nümunədir. Ümummilli Liderin söylədiyi məşhur kəlam var: "Azərbaycan dünyaya Günəş kimi doğacaq", bu gün Azərbaycanın həqiqətən dünyanın siyasi, iqtisadi, mədəni üfüqlərində Günəş kimi parladığını görürük. Möhtərəm Prezidentimizin rəhbərliyi ilə 44 günlük vətən müharibəsində qazanılan qələbə nəticəsində ilk dəfə torpaqlarımız geri alındı, 2 əsrlik münaqişəyə son qoyuldu. Cənab Prezidentimiz Ulu Öndərimizin ən böyük vəsiyyətini, arzusunu, amalını yerinə yetirdi. Vətən müharibəsində Azərbaycandakı bütün xalqların təmsilçiləri vahid qüvvə kimi döyüşdülər, şəhid, qazi oldular və Heydər Əliyevin bizlərə öyrətdiyi dəyərlər işığında hamımızın ümumi vətənimiz olan Azərbaycanın ərazi bütövlüyünü bərpa etdilər. Tarixi zəfərimizdən sonra Qarabağda, Şərqi Zəngəzurda aparılan genişmiqyaslı quruculuq-bərpa işlərində yenə Heydər Əliyevin izini, ruhunu görürük. Bu gün Heydər Əliyev irsi bu torpaqlarda aparılan quruculuq işlərində yaşadılır. Birinci vitse-prezidentimiz, hörmətli Mehriban xanım Əliyeva və onun rəhbərlik etdiyi Heydər Əliyev Fondu Qarabağın, Şərqi Zəngəzurun dirçəlişində fəal iştirak edir, müxtəlif layihələri ilə azad torpaqlarımıza abadlıq, həyat, ümid gətirir.
Sonra çıxış edən Qafqaz Müsəlmanları İdarəsinin Qərb bölgəsi üzrə səlahiyyətli nümayəndəsi Hacı Tahir Abbasov, Xaldan kənd kompleks tam orta məktəbin müəllimi “Əməkdar müəllim” Leyla Qasımova Dahi Şəxsiyyətin müasir, ərazi bütövlüyü və suverenliyi tam bərpa olunmuş Azərbaycanımızın tarixindəki əvəzolunmaz rolundan bəhs etdilər. Həmçinin bildirdilər ki, Ümummilli Lider Heydər Əliyevin uğurlu siyasətini Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyev bu gün çox məharətlə davam etdirir. Azərbaycana qonaq gələnlər burada gördüklərini möcüzə adlandırırlar. Bütöv, müstəqil, suveren məmləkətimiz olan Azərbaycanda nə qədər yeniliklər, proseslər gedir. Fəxrlə deyə bilərik ki, Ümummilli Liderimiz Heydər Əliyevin qoyduğu təməl möhkəm və inamlı əllərdədir. Bu isə çox vacib məsələdir. Doğrudur, müəyyən bir müddətə qədər Azərbaycana müəyyən dəstək olundu, amma artıq bu gün Azərbaycanın o dəstəyə ehtiyacı yoxdur. Xalqımız müdrik xalqdır və öz dövlətini qorumağı da yaxşı bacarır. Möhtərəm Prezidentimiz bütün iradəsini ortaya qoyaraq, Azərbaycanı inamla sabaha aparır.
Mərasimdə Yevlax Şəhər Mədəniyyət Mərkəzinin əməkdaşlarının və rayon məktəblilərinin ifasında Ulu Öndərə həsr olunmuş şerlər səsləndirilmiş, ədəbi-bədii kompozisiya nümayiş olunmuş, “Əməkdar mədəniyyət işçisi” Eldəniz Mustafayev Ulu Öndərə həsr olunmuş şer ifa etmişdir.
Keçidlər