Şriftin ölçüsü :

Saytın rəngi :

Yevlax Şəhər İcra Hakimiyyəti tərəfindən vətəndaş müraciətlərinə həssaslıqla yanaşılır

25 yanvar 2025 | 12:16
Yevlax Şəhər İcra Hakimiyyəti tərəfindən vətəndaş müraciətlərinə həssaslıqla yanaşılır
Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyevin keçirdiyi səyyar vətəndaş qəbulları zamanı sakinlərin səsləndirdikləri məsələlərin həlli istiqamətində aidiyyəti qurumlarla birgə müvafiq işlər aparılır. Kəndlərdə keçirilmiş səyyar qəbullar zamanı bəzi kəndlərin sakinləri kollektorların və suvarma kanallarının lildən təmizlənməsinə köməklik göstərilməsi barədə müraciətlər səsləndirmişlər.
Şəhər rəhbərinin tapşırığı ilə Yevlax Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi tərəfindən rayonun Yaldili kəndi ərazisində yerləşən S8QD-1-2, S8QD-1-3-1 kollektorları, Havarlı və Tanrıqulular kəndləri ərazisində yerləşən suvarma kanalları lildən təmizlənmiş, beləliklə növbəti vətəndaş müraciətləri öz müsbət həllini tapmışdır.
Keçidlər