Yevlax Şəhər İcra Hakimiyyəti tərəfindən şəhərdə həyata keçirilən abadlıq-quruculuq işləri davam etdirilir
26 mart 2026 | 18:19
Yevlax Şəhər İcra Hakimiyyəti tərəfindən şəhərdə həyata keçirilən abadlıq-quruculuq işləri davam etdirilir
Görülən işlər çərçivəsində şəhərin küçə və prospektləri əsaslı şəkildə təmir olunur, piyadaların rahat və təhlükəsiz hərəkəti üçün səkilərə yeni tamet örtüyü döşənir, ərazisi genişləndirilir, yol kənarlarında beton səki daşları yenilənir, şəhər infrastrukturu və görünüşü yaxşılaşdırılır.
Aparılan əsaslı təmir işləri şəhərin Heydər Əliyev prospekti boyunca da davam etdirilir. Belə ki, Şəhər İcra Hakimiyyəti tərəfindən sakinlərin asudə vaxtlarını səmərəli keçirmələri üçün Heydər Əliyev prospektində Yevlax Şəhər Mədəniyyət Mərkəzi ilə Azərbaycan Beynəlxalq Bankının Yevlax filialı arasındakı ərazidə estetik görünüşlü yeni istirahət guşəsi salınıb. Əraziyə yeni tamet daşları döşənib, oturacaqlar qoyulub, mövcud fontan əsaslı təmir olunub, müasir işıqlandırma dirəkləri quraşdırılıb, dekorativ ağac və gül kolları əkilib, qazon örtüyü salınıb.






