Yevlax Şəhər İcra Hakimiyyəti tərəfindən şagirdlərin maarifləndirilməsi məqsədilə görüş keçirilmişdir
29 fevral 2024 | 18:19
Yevlax Şəhər İcra Hakimiyyəti tərəfindən şagirdlərin maarifləndirilməsi məqsədilə görüş keçirilmişdir
Yevlax Şəhər İcra Hakimiyyəti və Yevlax rayon üzrə Təhsil sektorunun birgə təşkilatçılığı ilə Şəhər 2 nömrəli tam orta məktəbdə narkomaniya, dini radikalizm, şagirdlərin dərsə davamiyyəti ilə bağlı növbəti maarifləndirmə görüşü keçirildi. Görüşdə Şəhər İcra Hakimiyyətinin Başçısının müavini-İctimai siyasi məsələlər şöbəsinin müdiri Elnarə Əzizova, Şəhər İcra Hakimiyyəti Başçısı aparatının böyük məsləhətçisi –Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Elnarə Məmmədova, Şəhər İcra Hakimiyyəti Başçısı aparatının aparıcı məsləhətçisi-Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın uşaqlarla iş üzrə məsləhətçi psixoloqu Asəf Almədətov, Mərkəzi Aran Regional Təhsil İdarəsinin Yevlax rayon üzrə Təhsil sektorunun müdiri Namidə Abbasova, Yevlax Rayon Polis Şöbəsinin Yetkinlik yaşına çatmayanlarda proflaktiki işin təşkili qrupunun inspektoru, polis leytenantı Mübariz Cəmilzadə, Şəhər 2 nömrəli tam orta məktəbin direktoru Sədaqət Şükürova, Uşaq Səfirlər Məclisinin Regional Nümayəndəliyinin üzvləri, məktəbin şagird və müəllim kollektivi, valideyinlər iştirak etmişlər.
Görüşdə çıxış edən Şəhər İcra Hakimiyyəti Başçısının müavini-İctimai siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elnarə Əzizova bildirdi ki, müstəqilliyimizin ilk illərindən başlayaraq ulu öndər Heydər Əliyev narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizəni ümumdövlət vəzifəsi hesab edərək, cəmiyyətimizin sağlam inkişafının vacibliyini vurğulayaraq demişdir ki, “Narkomaniya və narkobizneslə mübarizə hər bir ölkənin, xalqın, millətin fiziki və əqli sağlamlığı uğrunda aparılan mübarizədir”. Ümummilli Liderin 1996-cı il avqustun 26-da imzaladığı müvafiq Fərmanla bu problemin həll edilməsi üçün görülən işlər keyfiyyət baxımından yeni mərhələyə qədəm qoymuşdur. Bu Fərman əsasında ölkəmizdə 2000-ci ilədək narkomanlığın yayılmasına, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə Ümummilli Proqram hazırlanmış, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası yaradılmış, 18 iyun 1999-cu ildə isə Milli Məclis tərəfindən “Narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanunu qəbul olunmuşdur. Bu Qanunun başlıca əhəmiyyəti ondan ibarətdir ki, Azərbaycanda narkotik tərkibli bitkilərin kultivasiyası, narkotik vasitələrin və psixotrop maddələrin istehsalı, dərman preparatlarının və xammalın hazırlanması qanunla qadağan edilmişdir.
Beləliklə, bu gün ölkəmizdə zəruri olan normativ-hüquqi baza, müvafiq təşkilati strukturlar yaradılmış, milli proqramlar hazırlanaraq həyata keçirilmişdir. Narkomaniya və narkotik maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə dövlətimizin qarşısında duran ən vacib məsələlərdən birinə çevrilmişdir.
Azərbaycan dövlətinin bu problemlə bağlı müəyyənləşdirdiyi strategiya uğurla reallaşdırılır, gənc nəslin sağlam və yüksək ideallar ruhunda tərbiyəsi istiqamətində qətiyyətli addımlar atılır.
Elnarə Əzizova çıxışını davamında dini radikalizm və ekstremizmin dünya üçün böyük təhlükə hesab edildiyini qeyd etdi. Ölkəmizdə bu hallara qarşı aparılan geniş miqyaslı tədbirlər bəhs etdi.E.Əzizova öz çıxışında dini maarifləndirmə ilə bağlı dövlət siyasətindən, radikalizmi yaradan səbəblərdən və onların aradan qaldırılması istiqamətində aparılan bu cür tədbirlərin əhəmiyyətindən danışmış, bildirmişdir ki, bu gün xalqımızın zəngin tolerantlıq ənənələrinin qorunub daha da inkişaf etdirilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindəndir.
Sonda Yevlax rayon üzrə Təhsil sektorunun müdiri Namidə Abbasova, Yevlax Rayon Polis Şöbəsinin Yetkinlik yaşına çatmayanlarda proflaktiki işin təşkili qrupunun inspektoru, polis leytenantı Mübariz Cəmilzadə şagirdlərin dərsə davamiyyəti, nizam-intizam qaydalarına nəzarət, dini radikalizm, narkotik vasitələrin zərərləri və sair mövzularda geniş çıxış ediblər.
Tədbirin sonunda şagirdləri maraqlandıran suallar cavablandırılıb.