Şriftin ölçüsü :

Saytın rəngi :

Yevlax Şəhər İcra Hakimiyyəti tərəfindən rayon ərazisindəki hərbi hissələrdə Novruz bayramı münasibətilə hərbiçilərlə görüşlər keçirilib

20 mart 2024 | 14:46
Yevlax Şəhər İcra Hakimiyyəti tərəfindən rayon ərazisindəki hərbi hissələrdə Novruz bayramı münasibətilə hərbiçilərlə görüşlər keçirilib
Yevlax Şəhər İcra Hakimiyyəti tərəfindən Novruz bayramı münasibətilə keçirilən silsilə tədbirlər çərçivəsində rayon ərazisində yerləşən hərbi hissələrdə görüşlər təşkil edilmişdir. Görüşlərdə Yevlax Şəhər İcra Hakimiyyəti Başçısı aparatının, YAP Yevlax rayon təşkilatının, Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinin Yevlax rayon şöbəsinin məsul şəxsləri, Yevlax rayonu üzrə təhsil sektorunun, Yevlax rayon üzrə Gənclər və İdman idarəsinin əməkdaşları, şəhid ailələrinin üzvləri, qazilər, hərbiçilər iştirak ediblər.Hə
Görüşlər zamanı Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və vətənimizin azadlığı, ərazi bütövlüyümüz uğrunda canlarını fəda etmiş Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Görüşlərdə çıxış edənlər hərbi hissələrin şəxsi heyətini Novruz bayramı münasibətilə təbrik edərək bildirmişlər ki, Ulu Öndərimiz Heydər Əliyevin uzaqgörən siyasətini davam etdirən Möhtərəm Prezidentimiz,Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin sarsılmaz iradəsi, yüksək sərkərdəlik bacarığı, diplomatik-siyasi məharəti, Azərbaycan əsgərinin rəşadəti, xalqımızın birliyi nəticəsində düşmən üzərində əzəmətli əldə olunub. 2023-cü ilin 19-20 sentyabr tarixlərində ordumuzun həyata keçirdiyi aniterror tədbirləri nəticəsində ərazi bütövlüyümüzün tam təmin olunduğu, Məhz 2023-cü il 15 oktyabr tarixində Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev Xankəndidə, Xocalıda, Xocavənddə bayrağımızı ucaltdı,bununla da Azərbaycan bütövləşdi, ərazi bütövlüyümüz tam bərpa olundu. Beləliklə, müstəqilliyin bərpasından sonra Azərbaycan ilk dəfə ərazi bütövlüyü və suverenliyi bərpa edilən dövlət oldu.
Görüşlər çərçivəsində Yevlax məktəblilərinin əsgərlərə xoş ürək sözlərindən ibarət məktubları paylanıldı.
Yevlax Şəhər İcra Hakimiyyəti tərəfindən hərbiçilərə bayram sovqatları paylanılmışdır.Həmçinin Yevlax Şəhər Mədəniyyət Mərkəzi tərəfindən hərbiçilər qarşısında konsert proqramları nümayiş etdirilmişdir.
Keçidlər