Şriftin ölçüsü :

Saytın rəngi :

Yevlax Şəhər İcra Hakimiyyəti tərəfindən Ramazan ayı münasibətilə iftar süfrəsi açılmışdır

16 mart 2024 | 11:49
Yevlax Şəhər İcra Hakimiyyəti tərəfindən Ramazan ayı münasibətilə iftar süfrəsi açılmışdır
Yevlax Şəhər İcra Hakimiyyəti tərəfindən Ramazan ayı münasibətilə şəhərdəki “Təbiyət” şadlıq sarayında iftar süfrəsi təşkil edilmişdir. İftar süfrəsində Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev, YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev, Rayon Ağsaqqalar Şurasının sədri Minnət Mürsəlov, rayonun hüquq-mühafizə orqanlarının, idarə və müəssisələrinin rəhbərləri, şəhid ailələrinin üzvləri, qazilər, müharibə veteranları, din adamları insanlar və aztəminatlı ailələrin üzvləri iştirak etmişlər.
Əvvəlcə iştirakçılar xalqımızın Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş Şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
İftar süfrəsində Bərdə rayonundakı “Seyid Yusif Ağa” ziyarətgahının rəhbəri Hacı Seyid Səbuhi Yusifov və Yevlax “Cümə” məscidinin imamı Hacı Eldəniz Əhmədov “Qurani-Kərim” dən ayələr və Ramazan duaları oxudular, müqəddəs kitabımız olan «Qurani Kərim»in bizə nazil olduğu bu ayın fəzilətindən danışdılar.
İftar süfrəsində çıxış edən Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev saflıq və mərhəmətin rəmzi olan bu ayda xalqımıza eləcə də doğma yevlaxlılara əmin-amanlıq, ruzi-bərəkət arzuladı, Ramazan ayının cəmiyyətimizdə həmrəyliyin, insanların dini-mənəvi cəhətdən zənginləşməsinə xidmət edən, hər bir müsəlmanın qəlbində yaşatdığı müqəddəs ay olduğunu bildirdi, Azərbaycan Respublikası dünyəvi dövlət olmasına baxmayaraq islam dəyərlərinin həyatımızın ayrılmaz hissəsini təşkil etdiyini qeyd etdi. Bildirdi ki, Azərbaycanda açılan iftar süfrələri tolerantlıq nümunəsidir. Şəhər rəhbəri çıxışı zamanı Azərbaycanın ərazi bütövlüyü uğrunda öz canından keçmiş şəhidlərin ailələrinə, o cümlədən müharibə əlillərinə dövlət tərəfindən böyük diqqət və qayğı göstərildiyini bildirdi. Qeyd etdi ki, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin əsas istiqamətlərindən biri də məhz şəhid ailələrinin, müharibə veteranlarının, əlillərinin sosial müdafiəsinin gücləndirilməsi, onların problemlərinin vaxtında həllinə nail olunmasıdır.
Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olanların yaxınlarına bir daha başsağlığı verib, səbr dilədi. 44 günlük Vətən müharibəsi Azərbaycan xalqının şanlı Zəfər tarixi olduğunu bildirdi. Bu şanlı tarixin Azərbaycan əsgərinin qanı, canı bahasına əldə edildiyini vurğuladı. Həmçinin qeyd etdi ki,2023-cü ilin 19-20 sentyabr tarixlərində, 24 saatdan az müddətdə yekunlaşan lokal antiterror tədbirləri nəticəsində Ordumuz qəhrəmanlıq,şücaət və peşəkarlıq nümayiş etdirdi, düşmənə ağır zərbələr vurdu, Ermənistan silahlı qüvvələrinin qanunsuz hərbi birləşmələri ağ bayraq qaldıraraq təslim oldular. Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə Şanlı Ordumuz tam və qəti Qələbəni təmin etməklə ərazi bütövlüyümüz tam bərpa etdi. Düşmənin xalqımıza qarşı etdiyi bütün vəhşiliklərin qisası alındı. Allah Xalqımızın, Siz dindarların dualarını qəbul etdi,bizlər Ramazan bayramını qalib,ərazi bütövlüyü tam təmin olunmuş dövlətin vətəndaşları kimi bütöv Azərbaycan ərazisində qeyd edirik.
Şəhər rəhbəri həmçinin qeyd etdi ki, 2024-cü ildə Ölkəmiz daha bir tarixi hadisəyə imza atdı. Xalqımızın bayram əhval-ruhiyyəsi ilə keçirdiyi növbədənkənar prezident seçkiləri müasir tariximizin növbəti şanlı səhifəsinə çevrildi. 7 fevral seçkiləri sıradan bir seçki prosesi deyildi. Müstəqillik tariximizdə ilk dəfə olaraq suveren haqlarını bərpa edərək ərazi bütövlüyünü tam təmin etmiş ölkəmizdə vətəndaşlar növbəti 7 il üçün dövlət rəhbərini seçirdilər. Növbədənkənar prezident seçkiləri 44 günlük Vətən müharibəsi və uğurlu antiterror tədbirlərinin xalq iradəsi ilə təsdiqlənmiş möhürü oldu və buna görə də seçkilər Zəfər seçkisi kimi tariximizə yazıldı. Bu seçkilərin tariximizdə analoqu olmayan hadisə sayılmasının daha bir özəlliyi isə qalib Xalq-qalib Lider birliyi idi.
İftar mərasimində iştirak edən şəhid ailələrinin üzvləri, qazilər, müharibə veteranları və aztəminatlı ailələr onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirdilər.
Keçidlər